Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (4-06-2021, 11:12)
"Nəqliyyat dəhlizlərini Moskva əngəlləyir” iddiası DOĞRUDURMU?

“Nəqliyyat dəhlizlərini Moskva əngəlləyir” iddiası
Ermənistan son iki həftədə sərhəddə təxribatları artırmaqla vəziyyəti daha da gərginləşdirmək istəyir. İlk günlər Rusiyanın bu məsələdə sanki aralıda dayandığı, qarışmadığı təəssüratı yaransa da, indi Moskva Ermənistanla sərhədi tam nəzarətə götürmək niyyətini gizlətmir. Sərhəd gərginliyinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın birinci yarısı İrəvana və Bakıya səfərindən sonra başlaması bu məsələdə Moskvanın “barmağı olduğu” versiyasını gücləndirir. Hətta Moskvanın imzası olduğu kommunikasiyaların açılmasında maraqlı görünmədiyi hiss edilir. Səbəb nə ola bilər? Kommunikasiyaların açılmasının Ermənistanı böhrandan çıxaracağında və Moskvaya qarşı çıxa biləcəyindənmi ehtiyat edirlər?

İddialar var ki, Zəngəzur dəhlizinin açılması iki millət arasında düşmənçilik hisslərini də azalda bilər ki, bu da Moskvanın geosiyasi maraqlarına uyğun deyil. Nəhayət, kommunikasiyalar Azərbaycanın regionda nəqliyyat xabı rolunu da artıracaq ki, bunun da Rusiyanın maraqlarına cavab verdiyini demək olmaz.

Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistanın sərhəd təxribatlarının məhz Sergey Lavrovun səfərindən sonra artması istər-istəməz suallar yaradır: “Sanki Ermənistana konkret təlimat verilib. Əvvəlcə ermənilər sərhəddə təxribatlar həyata keçirirlər, süni gərginlik yaradılır, ”kənar qüvvə olmadığı halda Ermənistanla Azərbaycan arasında sərhəd müharibəsi qaçılmazdır" kimi süni mənzərə, ab-hava yaradılır, ardınca Rusiya sülhməramlıları adı altında sərhəd boyunca Rusiya hərbi qüvvələrinin yerləşdirilməsi məsələsi ortaya atılır. Lavrov gəlib getdikdən sonrakı prosesləri izlədikdə məhz bu tendensiya müşahidə olunur. Ona görə də sərhəd təxribatlarında şimaldan olan marağın rol oynadığı şübhələri get-gedə güclənməkdədir.

Belə görünür ki, Moskva Ermənistanın heç vaxt dirçəlməsində, iqtisadi, siyasi asılılığının azalmasında maraqlı deyil. Ermənistan iqtisadiyyatı demək olar ki, Rusiyadan asılı vəziyyətdədir. Zəngəzur yolunun açılmasının, Azərbaycanla və Türkiyə ilə kommunikasiyaların işə düşməsinin Ermənistanın iqtisadiyyatında çox ciddi müsbət təsirlərini göstərəcəyi şübhəsizdir. Nəticədə Rusiyadan iqtisadi baxımda asılılıq azalacaq. Bunu Moskva bilir. Ona görə də bir tərəfdən kommunikasiyaların açılması işi ləngiyir, digər tərəfdən Azərbaycanla Ermənistan arasında sərhəd gərginliyi yaradılır. Elə bir mühit formalaşdırılır ki, Ermənistan daim Azərbaycanla konfliktdə olsun. Bu cür vəziyyət Ermənistanı daim Rusiyadan asılı halda saxlayır. Ermənistan faktiki olaraq Rusiyanın maraqlarının girovuna çevrilib".
“Yeni Müsavat”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024