Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (20-04-2021, 13:23)
Rusiya Ermənistanı başa salmalıdır! - “Naxçıvana gedən yol açılsın”

Rusiya Ermənistanı başa salmalıdır!
“Naxçıvana yolun açılması 10 noybr 2020-ci il bəyanatında əksini tapır. Bu sənəddə kommunikasiyaların yaranması, o cümlədən Naxçıvana gedən dəhlizin açılması Türkiyə-Azərbaycan-Naxçıvan yolunun işləməsi qeyd olunub”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Naxçıvana gedən yolun inşası barədə danışarkən millət vəkili Elman Məmmədov söyləyib.
Deputat qeyd edib ki, həmçinin 2021-ci il yanvarın 11-dəki görüşdə də bu məsələlər öz əksini tapıb:

“Bundan sonra 3 dövlət arasında komissiyalar yaradılıb. Yəni bütün danışıqlarda nəqliyyat dəhlizinin açılması gündəmdədir. Təəssüf ki, Ermənistan bu yöndə hələ heç bir şey etməyib və etmək fikrində də deyil. Bu zaman artıq Rusiya vasitəçi dövlət kimi ortalığa iradəsini qoymalı və Ermənistanı başa salmalıdır ki, onun başqa çıxış yolu yoxdur. Əks halda anlaşma pozulmuş olur.

Azərbaycan, Türkiyə, İran və Gürcüstanın bölgədə bütün istiqamətlərə çıxışı var. Amma Ermənistan blokada şəraitinə qalıb. Onlar düzgün nəticə çıxarsalar, başa düşərlər ki, Naxçıvana gedən yolun açılması hamıdan çox onlara lazımdır. Yəni onların gələcək inkişafı və yaşaması üçün şəraitin yaradılması baxımından bu yolun inşası vacibdir”.

Parlament üzvü vurğulayıb ki, Naxçıvana gedən yolun açılması Asiya ilə Avropanın nəqliyyat dəhlizinin daha da genişlənməsinə səbəb olur:

“İran və Rusiya dövləti də bu yolun açılmasında maraqlıdır. Ermənistanın başqa çıxış yolu yoxdur. İstəsələr də, istəməsələr də bu, baş verəcək. Lazım gəlsə, Rusiya Ermənistanı məcbur da edə bilər”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024