Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-05-2021, 16:00)
Ermənilər Şuşanı niyə atəşə tutdu? – “Ərdoğanın gözlənilən səfəri, Paşinyanın hiyləsi...”

Ermənilər Şuşanı niyə atəşə tutdu?
"Sərhəddə Ermənistan tərəfinin silahlı təxribatlarının cavabı qətiyyətlə verilməlidir”.

Bunu politoloq Məhəmməd Əsədullazadə sərhəddə baş verən son hadisədən danışarkən Sfera.az-a bildirib.

Politoloqun sözlərinə görə, silahlı təxribatların bir neçə məqsədi var: "Birincisi, Rusiya Zəngəzur dəhlizinin açılması əvəzinə, Azərbaycanı KTMT-na üzv qəbul etdirməyə çalışır. Dövlət sərhəddində Azərbaycanı provakasiyaya cəlb edirlər. İkincisi, Paşinyan həmçinin sərhəddə vəziyyəti gərginləşdirməklə daxili siyasi vəziyyəti tam nəzarətə almağa çalışır. Daxili auditoriyaya göstərmək istəyir ki, güzəştə getmək fikri yoxdur.

Həmçinin Şuşa ətrafında silahları işə salmaqla Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın buraya gözlənilən səfərinin qarşısını almağa çalışırlar. Bu prosesdə Rusiya da maraqlıdır. Göründüyü kimi, Qarabağda Rusiya sülhməramlı qüvvələri erməni silahlılarından Azərbaycana qarşı istifadə edir”.

Politoloq qeyd edib ki, Azərbaycan artıq 10 noyabr birgə Bəyannaməsinin "4-cü" bəndinin yerinə yetirilməsini tələb etməlidir: "Qarabağda Şuşa ətrafında silahlı erməni birləşmələri bu gün havaya atəş açırsa, sabah Azərbaycan əsgərinə, mülki vətəndaşına atəş açacaq. Rusiya sülhməramlı qüvvələri də seyrci qalacaq. Həmçinin bununla azərbaycanlıların Xankəndi, Xocalı, Ağdərə və Xocavəndə qayıtması mümkün olmayacaq. Nə qədər ki, erməni silahlı birləşmələri Qarabağdan çıxmayıb, Şuşada və ətrafında təhlükəsizlik təhdid olaraq qalacaq. Ona görə də Azərbaycan anti-terror və silahlı separatizmə qarşı hərbi əməliyyatlara başlamalıdır. Vəziyyət gərginləşir və Azərbaycan Laçın Dəhlizində post qoyması labüddür”.

Rəsmi məlumata görə, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024