Siyasət (11-03-2021, 19:00)
Azərbaycanla sərhəddə yaşayan ermənilər panikada: - Rusiya hərbi bazası Zəngəzura niyə yerləşdirilib?
“Rusiya hərbi bazasının yerinin Azərbaycanla sərhədə yaxın yerə dəyişdirilməsi bu məsələ ətrafında danışılanlar qədər real deyil. Çünki Rusiyanın Ermənistanda yerləşdirdiyi hərbi texnika və canlı qüvvənin sayı dəyişdirilməyib. Yalnız Zəngəzur ərazisində bəzi hərbi birləşmələrin yerinin dəyişdirilməsi ilə bağlı videokadrlar nümayiş olunub”.
Bu fikirləri "Mediatv.az"-a Rusiyanın Zəngəzurda hərbi baza yerləşdirməsi ilə bağlı sualları cavablandırarkən politoloq İlyas Hüseynov səsləndirib. Politoloqun sözlərinə görə, Ermənistan suveren hüquqlarının böyük bir hissəsini Rusiyaya verib: “Ermənistan sərhədlərinin Rusiya və Türkiyə ilə olan hissəsini rusiyalı hərbçilər qoruyurlar. Azərbaycanla ötən ilin payızında baş verən müharibədən sonra, ermənilər dövlət sərhədlərinin qorunmasını həyata keçirmək gücündə deyillər. Çünki Ermənistanda dövlət sərhəd xidməti anlayışı yoxdur. Eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra həm texnika, həm də əsgər sayı baxımından böyük itkilərə məruz qalan Ermənistanın öz dövlət sərhədlərini qorumaq imkanı qalmayıb. Üstəlik demarkasiya və delimitasiya prosesi baş verdikdən sonra sərhədlərin qorunması məsələsi gündəmə gəldiyi üçün Rusiyanın hərbi bazasının bu əraziyə çəkilməsi baş verir”.
İlyas Hüseynov bildirib ki, Ermənistan Türkiyə və İranla sərhədini Rusiya hərbçilərinə etibar edibsə, o zaman bu işi Azərbaycanla sərhəddə də onlara həvalə edə bilər: “Bu Ermənistanın daxili məsələsidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra, 10 Noyabr bəyanatına əsasən bu dəhlizin təhlükəsizliyini Rusiya hərbçiləri qoruyacaqlar. Orada Azərbaycana qarşı hər hansı bir diversiya-təxribat cəhdlərinin qaşısının alınması baxımından, rusiyalı hərbçilərin həmin əraziyə yerləşməsi müəyyən qədər təhlükəsizliyə xidmət edir. Lakin bütün bunları zaman göstərəcək. Hazırkı durumda biz onu müşahidə edirik ki, Ermənistan öz sərhədlərini qorumaq iqtidarında deyil və buna görə də, Azərbaycanla olan sərhədboyu zonalarda əhalinin panikası müşahidə edilir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024