Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (20-05-2021, 13:04)
Britaniyalı nazir Azərbaycana gəldi

Britaniyalı nazir Azərbaycana gəldi
Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri Qraham Stuart Azərbaycana səfərə gəlib.
"Mediatv.az" xəbər verir ki, bu barədə Qraham Stuart tvitterdə yazıb.

“Sabahın xeyir, Bakı! Azərbaycanda səfərdəyəm, ticarət və iqtisadi əlaqələrimizin dərinləşməsini səbirsizliklə gözləyirəm”, - o qeyd edib.

Xatırladaq ki, Stuart Birləşmiş Krallıq Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak etmək üçün Bakıya gəlib.

Britaniya səfirliyinin daha əvvəl yaydığı açıqlamaya görə, səfər zamanı bərpa olunan enerji sektorundakı əməkdaşlıq imkanları müzakirə ediləcək və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və enerji keçidinə Birləşmiş Krallığın dəstəyi vurğulanacaq.

Azərbaycana etdiyi ilk səfərində nazir Stuart, ölkə rəhbərliyilə görüşəcək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsini, habelə Birləşmiş Krallığın Azərbaycanın maliyyə, təhsil, İKT, səhiyyə və yaradıcılıq sektorlarında iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycana göstəriləcək dəstəyi müzakirə edəcək.

Səfər çərçivəsində Böyük Britaniya naziri, həmçinin iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanla gələcək əməkdaşlığı və bərpa olunan enerjiyə keçidi müzakirə etmək məqsədilə Enerji, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Ekologiya və Təbii Sərvətlər nazirləri ilə də görüşlər keçirəcək.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024