Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-05-2021, 09:30)
Minsk qrupunun reanimasiyası: “Fransa və Rusiya Qarabağda...” - GƏLİŞMƏ

Minsk qrupunun reanimasiyası: “Fransa və Rusiya Qarabağda...”
Qarabağ münaqişəsi son çatsa da, Fransa və Rusiya illərdir yarıtmaz fəaliyyət göstərən ATƏT-in Minsk qrupunu yenidən aktivləşdirmək üçün can atırlar. Halbuki, Azərbaycan Prezidenti dəfələrlə münaqişənin başa çatdığını, tarixə qovuşduğunu vurğulayıb. ATƏT-in Minsk qrupunun “kitabının bağlandığı” açıq şəkildə bəyan edilib.

Ekspertlərin fikrincə, Fransa və Rusiyanın Qarabağla bağlı Azərbaycanın iştirakı olmadan müzakirə aparmaları yolverilməzdir. Bu ölkələrə ATƏT-in Minsk qrupu çərçivəsində mandat verilmişdi ki, münaqişənin nizama salınmasında yaxından iştirak etsinlər. Lakin Fransanın vasitəçilik etdiyi missiya ermənilərin başına sığal çəkməklə prosesi 30 ilə yaxın uzatmaq oldu.

İndiki məqamda ATƏT-in Minsk qrupuna “ikinci nəfəs” vermək cəhdləri boşunadır. Şübhəsiz ki, həmsədrlik institutunun yenidən boy göstərməsi revanş hissi ilə alışıb yanan İrəvanın da marağındadır.

Mövcud durumu “Sherg.az”a dəyərləndirən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev vurğulayıb ki, Fransa və Rusiyanın ATƏT-i yenidən gündəmə gətirməklərinin arxasında şəxsi maraqları dayanır:

“Məlumdur ki, qarşıdan Emmanuel Makronun seçkisi gəlir. O, Fransada yaşayan erməni diasporundan yararlanmağa çalışır. Çünki Nikola Sarkozidən gözü qorxub, seçkilərin keçirilməsi üçün böyük miqdarda pul lazımdır. Həmin pulu Fransada yaşayan ermənilərdən əldə etmək istəyir. Ona görə də həmsədrlik institutunun aktivləşməsini istəyir. Digər tərəfdən Qarabağ münaqişəsinin həllində Türkiyənin rol oynaması, xüsusilə Makronu həddindən artıq narahat edir. Bu baxımdan Fransada Türkiyəyə qarşı siyasi qısqanclıq var. Türkiyənin Cənubi Qafqazda mövqeyinin güclənməsi ilə özünü Avropanın baş diplomat ölkəsi hesab edən Fransa paxıllıq xəstəliyinə tutulub.

Rusiya isə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyir, eyni zamanda buna gücü çatmadığı üçün Paşinyandan bir növ yararlanmağa çalışır. Ona görə də Azərbaycana qarşı ikili siyasət yürüdür. Ölkəmizin yanında olan Pakistan, Türkiyə və İsrail Rusiyanı çətin duruma salıb”.

C.Nuriyev qeyd edib ki, Rusiya Cənubi Qafqazdakı siyasi mövqeyini itirmək üzrədir:

“Bilirlər ki, Paşinyan yenidən seçiləcək və Ermənistanın maraqlarına uyğun çıxış edəcək: Azərbaycanla yaxınlaşacaq, Paşinyan bununla bağlı mesajlar da verir. Yaxınlaşmanın da nəticəsində Rusiyaya üçüncü tərəf kimi ehtiyac qalmayacaq. Bu baxımdan rəsmi Moskva əndişəlidir. Azərbaycan 200 il ərzində Rusiyanı yaxşı tanıyır, həmçinin Ermənistan Rusiyanın “əli” ilə gəlib torpaqlarımızda özlərinə dövlət qura biliblər. Lakin ermənilər da yorulublar. Çünki Rusiyanın siyasi həyasızlığı heç bir sərhəd tanımır. Onlar zaman-zaman erməniləri alçaldıblar, indi də lap alçaldırlar. Ermənilər də istər-istəməz özlərində bir balaca güc hiss edirlər, xüsusilə Qarabağla bağlı problemi həll etmək üzrədirlər. Qarabağ siyasi, iqtisadi və hərbi cəhətdən ermənilərin əl-ayağını bağlamışdı. Onlar bu ağır yükdən qurtulmaq üzrədirlər və başa düşürlər ki, Azərbaycan və Türkiyə ilə bərabər çalışmasalar, Ermənistan dövlət kimi varlığını itirəcək”.

Analitikin sözlərinə görə, Fransa və Rusiya çalışır ki, ATƏT-in “əli” ilə indi rus sülhməramlıların nəzarətində olan torpaqlarımızı yenidən 20-30 il öz nəzarətlərində saxlasınlar:

“Düşünürlər ki, bu müddət ərzində, bəlkə, Azərbaycanda başqa qərar qəbul olundu. Açığı ATƏT-in gündəmə gətirilməsində ABŞ-ın da marağı var. Amerika da Cənubi Qafqaza girmək istəyir. Ona görə çalışırlar ki, yenidən ATƏT-i reanimasiyadan çıxartsınlar və onu ayağa qaldırıb fəaliyyətə başlasınlar. Bu, mümkünsüzdür, nail olsalar belə dövlətimizin bundan sonra Minsk qrupuna ehtiyacı yoxdur. Azərbaycan ATƏT-lə hansısa sövdələşməyə gedən deyil. Ölkəmiz 6 aydan çoxdur ki, ATƏT-lə əlaqə qurmur. Beynəlxalq hüquqa görə, gələn aydan etibarən Minsk qrupu ilə bütün əlaqələrimizi kəsəcəyik. Ona görə də fəallaşıblar. Lavrovun mayın 10-11-i Bakıya gəlməsinin də arxasında bu dayanır. Azərbaycan Prezidenti, xalqı və ordusuna qarşı təbliğat aparılır, daxildə qarşıdurma yaratmaq istəyirlər. Rusiya və Fransa Azərbaycanla Türkiyəyə qarşı bütün cəbhələrdə hücuma keçib. Lakin bunların hər biri əbəsdir. Artıq qatar getdi. Rusiya barışmalıdır ki, gedən qatara sakitcə əl yelləsin. Yoxsa, Cənubi Qafqazı yox, Şimali Qafqazı da itirə bilər”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024