Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (3-05-2021, 13:20)
DİN bələdiyyə sədrini cərimələdi

DİN bələdiyyə sədrini cərimələdi


Daxili İşlər Nazirliyi sanitariya-gigiyena qaydalarının pozulmasına qarşı reyd keçirib.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, mayın 1-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Mehdiabad Bələdiyyəsinin sədri V.Hüseynov barəsində protokol tərtib edilərək 3000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Binəqədi rayonu ərazisində keçirilən tədbir zamanı isə Biləcəri qəsəbəsinin Vağzalyanı küçəsindəki binaların birinin həyətində bərk tullantıların qalaqlanması aşkar edilib.

Həmin binada yaşayan vətəndaş Y.Rəcəbov  barəsində də İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib edilərək 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024