Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-05-2021, 09:30)
Ermənilər növbəti vandallığı dostlarına qarşı edir

Ermənilər növbəti vandallığı dostlarına qarşı edir

Bir neçə gün əvvəl İrəvanda Hindistan milli-azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi Mahatma Qandinin abidəsinin yandırılması erməni vandalizminin növbəti nümunələrindən biridir. Bu dəfə isə onlar bu vandallığı dost hesab etdikləri ölkəyə qarşı törətdilər. Məşhur siyasətçi Qandinin ötən il İrəvanda ucaldılmış abidəsi üstündən bir il keçəndən sonra bu şəkildə təhqir edildi.

Mediatv.az-ın məlumatına görə, ermənilər Qandinin Hindistan xalqı üçün nə dərəcədə əhəmiyyətli olduğunu belə nəzərə almayıblar. Halbuki Qandi yalnız Hindistanın deyil, dünya tarixinin siyasi liderlərindən hesab olunur.

Onu Hindistan xalqının azadlığı uğrunda mübarizə aparan bir dahi hesab edirlər. Hind xalqının siyasi və mədəni təşəkkülünü formalaşdıran böyük fikir adamıdır. XX yüzillikdə Hindistanının taleyini müəyyən edən Qandi xalqını İngiltərə müstəmləkəsindən azad etməyə çalışırdı. O, müstəmləkəçiliyə qarşı mübarizədə Hindistanın bir ümid yeri idi. Tələsmədən, addım-addım məqsədinə doğru irəliləyib. Qandi dünya üzrə vətəndaş haqq və azadlıqlarının müdafiəçilərinə ilham qaynağı olub. Təbii ki, belə bir nüfuza malik olan dünya şöhrətli siyasətçinin abidəsinin ermənilər tərəfindən təhqir edilməsi rezonans doğuran hadisədir.
Azərbaycan xalqı üçün isə bu heç də təəccüblü deyil. Çünki biz erməni vandalizmindən 27 ildən çox müddətdə əziyyət çəkmiş xalqıq. Ermənistanın xunta rejimi Qarabağda Azərbaycanın mədəni-tarixi irsini vəhşicəsinə məhv edib. İşğaldan azad edilən torpaqlarımızda dini və mədəni abidələrimiz tamamilə dağıdılıb. Məscidlərimizdə donuz saxlanılıb. Dünya ictimaiyyəti, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri bu faktların  Ağdamda canlı şahidi olublar.
Bu cür vandalizm aktları ermənilərdə xroniki xəstəliyə çevrilib. Onlar beynəlxalq konvensiyaların tələbinə məhəl qoymadan bu barbarlığı yerinə yetiriblər. Qandinin abidəsinə qarşı olan bu cür təhqir də erməni vandalizminin sərhəd tanımamasının göstəricisi hesab edilməlidir.
Xatırladaq ki, Ermənistan mətbuatının yazdığına görə, abidə ilə bağlı yaşanmış insident qondarma "erməni soyqırımı"ının 106-cı “ildönümü”nə təsadüf edib. Belə ki, 24 apreldə Hindistanın Ermənistandakı səfirliynin tvitter səhifəsində “erməni soyqırımı” ilə bağlı paylaşım edilsə də, bir neçə saat sonra paylaşımdan “soyqırımı” ifadəsi silinib. Qandi abidəsinə qarşı vandalizm aktı isə bundan bir neçə gün sonra törədilib. 28 aprel axşamı bir sıra erməni teleqram kanallarında heykəlin alov içində yandığını göstərən şəkillər yayımlanıb. Bundan iki gün əvvəl isə abidə naməlum şəxslər tərəfindən yumurta atəşinə tutulub. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024