Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-03-2021, 12:42)
Azərbaycanda Türkiyə mallarını ucuzlaşdıran SƏBƏB - TƏHLİL

Azərbaycanda Türkiyə mallarını ucuzlaşdıran SƏBƏB
“Lirənin dollara nisbətdə kəskin ucuzlaşması əvvəllər də baş verirdi, lakin bu proses çox uzun sürmürdü”.

Bunu Türkiyə lirəsinin dollara nisbətdə ucuzlaşmasının Azərbaycan bazarına mümkün təsirlərini dəyərləndirən iqtisadçı Natiq Cəfərli "Mediatv.az"-a açıqlamasında deyib.

İqtisadçının sözlərinə görə, lirənin ucuzlaşması davam edərsə, Azərbaycana Türkiyədən idxal edilən məhsullar ucuzlaşacağı gözlənilir:

“Hazırda Türkiyə lirəsi ilə bağlı ciddi dalğalanmalar gedir. Mərkəzi Bankın rəhbərliyinin dəyişdirilməsi də birjalarda çox böyük dalğalanma yaradıb.

Lirənin dollara nisbətdə kəskin ucuzlaşması əvvəllər də baş verirdi, lakin bu proses çox uzun sürmürdü. Mövcud şəraitdə 1 dollar 8 lirə həddində bahalaşarsa, Azərbaycana Türkiyədən idxal edilən məhsullar ucuzlaşacaq”.

Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda məzənnə siyasəti inzibati qaydada tənzimləndiyi üçün Türkiyə lirəsinin ucuzlaşması ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcək:

“Bununla belə, Türkiyədə müşahidə olunan bu prosesin Azərbaycana müəyyən psixoloji təsiri olacaq. Belə ki, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan kimi qonşu ölkələrdə milli valyutalar dəyərdən düşəndə, Azərbaycan manatına qarşı müəyyən təzyiqlər artır. Lakin Türkiyədə dolların bahalaşmasının Azərbaycana birbaşa təsiri olmayacaq”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024