İqtisadiyyat (22-06-2016, 14:34)
Ekspert: “Manatın ucuzlaşmasının səbəbkarı banklardır”
“Bankların xarici borcları ölkədə dollara olan tələbat 10 dəfəyədək artırıb. Son iki həftədə manatın ucuzlaşmasının əsas amili də məhz budur”.
Mediatv.az xəbər verir ki, son günlərdə yenidən manatın ucuzlaşması prosesi getməkdədir və bu proses artıq cəmiyyəti narahat eməyə başlayıb. Manatın dollara və digər valyutalara qarşı nisbətdə ucuzlaşmas təkcə krediti olan vətəndaşları deyil, həmçinin bazarda qiymətin artmasına da öz təsirini göstərməkdədir. Artıq bir çox hallarda bazarda qıtılıq yaranır.
Yaranməş vəziyyəti aydınlaşdırmaq və manatın nə səbəbdən ucuzlaşması ilə bağlı iqtisadçı ekspert Samir Əliyevə müracitə etdik. Samir Əliyev Gununsesi.infoya açıqlamasında bildirdi ki, Azərbaycanda manatın ucuzlaşmasını nə iqtisadi əsaslandırılması var, nə də qanunauyğunluq prosesi ilə tənzimlənir. “Azərbaycanda manatın məzənnəsi ancaq inzibati metodlarla tənzimlənir. Dünyanın digər ölkələrinin valyutaları bahalaşdığı halda Azərbaycanda ucuzlaşır. O baxəmdan Azərbaycanda manatın məzənnəsinin gələcək taleyi ilə bağlı fikir söyləmək çətin olur”, – o vurğulayıb.
Manatın məzənnəsinin digər valyutalara nisbətdə ucuzlaşması prosesinə gəldikdə ekspert bildirdi ki, bunun əsas səbəbini Azərbaycandakı bankların xarici borclardan imtina etməsində görürəm: “Daha konkret desək banklar xarici borclarını dolarla qaytarmalıdır və bu da dollara olan tələbatı artırıb. Belə ki, son dövrlərdə tələb təklifi üstələyib. Əgər bir ay bundan öncə bazar 50 milyon dollar buraxlrdı və bunun yarısını banklar alırdısa, yerdə qalan hissəsini Mərkəzi Bank alırdı. Ancaq son bir ayda dollar alan bankların sayı 28-ə çatıb. Halbuki bir ay bundan əvvəl 20-dən aşağı idi. Bu isə o deməkdir ki, dollara olan tələbat 10 dəfəyədək artıb. Mantın ucuzlaşmasının əsas amillərindən biri budur.” Ekspert manatın dollara nisbətən ucuzlaşamsının digər səbəbi kimi may ayında Mərkəzi Bank tərəfindən bazara buraxılan pul kütləsi 13-14% artıb: “Bu da manatın ucuzlaşamsına səbəb olan amillərdən biridir. Belə ki, banklar əldə etdiyi manatı dollara çeviri ki, bu da manatn ucuzlaşamsına öz təsirini göstərir”.
Manatın kəskin ucuzlaşması prosesi və ya devalvasiyanın olması ilə bağlı proqnozlara gəldikdə ekspert deyib ki, bu barədə proqnoz vermək çətindir. “Ancaq sentyabradək manatım məzənnəsində kəskin ucuzlaşma baş verməyəcək. Yay ayalrında manatın məzənnəsində ciddi dəyişiklik olmayacaq və bunu gözləmirəm. Patyızadk devalvasiya gözlənilmir”, -S.Əliyev vurğulayıb. Ekspert onu da əlavə edib ki, manatın ucuzlaması prosesi müvəqqəti xarakter daşıyır və müəyyən müddətdən sonra sakitlik yaranacaq. “Manatın yay aylarında ən aşağı həddi 1.5 manat, yuxarı həddi 1.6 manat civarında dəyişəcək. Kritik zamanlarda bu hədd 1.65 mantadək qalxa bilər. Bundan yuxarı olmacağı gözlənilmir. Bu da müvəqqəti olacaq və yenə enəcək. Sentyabrdan sonrakı dövr barədə indidən proqnoz vermək çətindir”, – deyə S. Əliyev qeyd edib.