Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-03-2020, 12:28)
 Koronavirusun iqtisadi rezonansı:“Manat ucuzlaşa bilər” – Bədbin proqnoz

 Çində ortaya çıxan və dünyanın bir çox ölkəsində yayılan koronavirus insanların sağlamlığı ilə yanaşı iqtisadiyyat üçün də ciddi təhlükəyə çevrilib. Dünya iqtisadiyyatı üçün istehsal mənbəyi, fabrik rolunu oynayan və ən böyük istehsalçı ölkə sayılan Çində öldürücü virusun yayılması istər- istəməz dünya bazarında ajiotaj yaradıb. Üstəlik də, koronavirusun yayılma arealı genişləndikcə digər ölkələr arasındakı ticarət əməkdaşlığı zəifləyir, sərhədlərdə nəzarət gücləndirilir, bütün bunlar da idxal- ixrac bazarına təsir göstərir. Heç şübhəsiz iqtisadiyyatın geriləməsi, maliyyə bazarlarındakı böhran neftin qiymətindən də təsirsiz ötüşməyəcək.

Bu proseslər fonunda dəyərləndirmə aparan İqtisadçı ekspert Pərviz Heydərov Mediatv.az-a açıqlamasında milli valyutanın devalvasiyaya uğrama təhlükəsini də istisna etmir:

"Koronavirusun yayılmasından sonra dünya iqtisadiyyatında xeyli geriləmələr müşahidə olunur. Orta perspektivli proqnozlar yaxşı heç nə vəd etmir. Bu makroiqtisadi göstəricilər və strateji məhsulların qiymətləri, xüsusən də neftin dəyərində özünü göstərir. 2017-ci ildən üzü bu yana neftin dünya bazarındakı qiymətlərində müəyyən qədər stabillik müşahidə olunsa da, cari ilin əvvəllərindən neftin qiyməti 55-60 dollara qədər ucuzlaşıb. Bu tendensiyalar Azərbaycan iqtisadiyatından da yan keçməyəcək. Azərbaycanın dövlət gəlirləri neftin satışından asılı olduğuna görə, dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycan manatına təsirsiz ötüşməyəcək. Necə ki, 2015-ci ildə neftin ucuzlaşması fonunda milli valyutamız 2 dəfə ucuzlaşdı. Proses 2016-cı ilə qədər davam etdiyi üçün manat dollara münasibətdə bugünkü həddə çatıb".

İqtisadçının sözlərinə görə, ötən ilin dövlət büdcəsində neftin bazar qiymətləri 60 dollar götürüldüyü halda builki riskləri nəzərə alan hökumət büdcə sənədlərində neftin qiymətini 55 dollardan götürüb:

"Manatın ucuzlaşması ilə bağlı proqnozum konkret olaraq bu ilə aid deyil. Təşvişə gərək yoxdur. Bu, sadəcə bir proqnozdur ki, neftin dünya bazarındakı qiyməti 50 dollardan aşağı düşəcəyi halda bu valyuta bazarımızda qırmızı işığın yanıb- sönməsi demək olacaq. Əgər qiymətlər 40 dollara qədər ucuzlaşarsa, bu artıq valyuta bazarındakı mövcud sabitliyi pozacaq. Qısası, neft 40 dollardan aşağı düşərsə, manatın dəyərini maksimum 3-4 ay ərzində indiki səviyyədə saxlamaq mümkün olacaq. Koronavirusla bağlı yaranan rezonansın dünya iqtisadiyyatına nə qədər zərər verəcəyi bundan sonrakı proseslərin gedişatından asılıdır. Hər halda qlobal iqtisadiyyat ehtimal olunan dərəcədə fəlakətə yuvarlanmayacaq".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024