Siyasət (2-02-2021, 19:00)
Minatəmizləmə Agentliyinin Nizamnaməsi təsdiq edildi
Prezident İlham Əliyev Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Mediatv.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi təsdiq edilir.
Minatəmizləmə Agentliyinin nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşdırılır.
Nazirlər Kabineti agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək, agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini agentlik dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Beynəlxalq təcrübə nəzərə alınmaqla “Minatəmizləmə fəaliyyəti haqqında” Qanunun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Bu Ffərmandan irəli gələn digər məsələləri həll etməlidir.