Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (4-11-2024, 12:32)
Bu kollecin müəllimləri kütləvi şəkildə işdən çıxarılır - NARAZILIQ VAR...

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin müəllimlərinin kütləvi şəkildə ixtisar olunduğu barədə məlumat yayılıb.

Müəllimlərin hansı səbəbdən ixtisar olunduğu ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

Agentlikdən TNS-in sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli, 140 saylı qərarına əsasən orta ixtisas təhsili müəssisələrində tədris aparılan bəzi ixtisaslar (musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, musiqi nəzəriyyəsi və s.) ləğv edilib.

Bildirilib ki, bununla bağlı olaraq, sözügedən ixtisaslar üzrə tədris aparılan təhsil müəssisələrində o cümlədən, ADMİU-nun nəzdində Humanitar Kollecdə 2022-2023-cü tədris ilindən dərs saatları azaldılıb.

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-410 saylı 17.08.2021-ci il tarixli əmri ilə təsdiq edilmiş Orta ixtisas üzrə təhsil proqramlarında normativ təhsil müddətinin 2 il müəyyən edilməsi nəticəsində bu ixtisasların tədris planlarında dərs saatlarının azalması və ixtisarların gözlənilməsi barədə təhsil müəssisəsinin kollektivi məlumatlandırılıb”, -deyə məlumatda qeyd olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024