Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (23-02-2019, 15:00)
İnnovasiyalar Agentliyinin strukturu təsdiq edildi: hansı səlahiyyətlərə malikdir?

 Prezident İlham Əliyev İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturunu təsdiq edib.
Mediatv.az xəbər verir ki, Agentliyin ilkin nizamnamə fondu 500 min manat müəyyən edilib və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.
Sənəddə göstərilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu vəsaitindən istifadə qaydasının layihəsini bir ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməlidir.
Agentlik hansı səlahiyyətlərə malikdir?
Fərmana görə, innovasiya fəaliyyəti, yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi və onların transferinin təşkili, innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi, innovativ layihələrin (o cümlədən startapların) təşviq edilməsi, onların qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən, vençur maliyyələşməsi) ilə maliyyələşdirilməsi, innovasiya təşəbbüskarlığının təbliği sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Bakıda yerləşən agentliyin fəaliyyətinə biliyə və innovasiyaya əsaslanan iqtisadiyyat qurmaq, innovativ elmi tədqiqatların, layihələrin ölkə iqtisadiyyatında rolunun artırılması, sahibkarlığın və cəmiyyətin mənafeyi üçün elm əsaslı innovasiyaları təşviq etmək və s. kimi məqsədlər daxildir.
İnnovasiyalar Agentliyi eyni zamanda “Made in Azerbaijan” brendi ilə innovativ və yüksək texnoloji məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan verməli, həm də mövcud yerli brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaratmalıdır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024