Siyasət (27-01-2021, 18:00)
“Xocavənddə faşistə heykəl qoyanların cavabı veriləcək” - deputat
Qarabağdakı Rusiya sülhməramlılarının himayəsində olan erməni terrorçuların təxribatları davam edir. Onlar Xocavənd rayonun mərkəzində erməni faşist lideri, azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırımı törətmiş Qaregin Nijdeyə heykəl qoyublar.
Ermənilərin Qarabağdakı bu hərəkətini necə qiymətləndirmək olar? Terrorçular bu qıcıqlandırıcı hərəkətlə nə etmək istəyirlər?..
Milli Məclisin Qarabağdan olan deputatı Elman Məmmədov "Mediatv.az"-a bildirib ki, ermənilər islaholunmaz millətdirlər:
“Mən quldurlarla, yaramazlarla bağlı fikirlərimi dəfələrlə ifadə etmişəm. Belə bir misal çəkim: görürsən ki, ailədə uşaqlardan biri nadinc olur. Həmin uşaqla valideynləri, uşaq bağçasında və məktəbdə müəllimləri məşğul olub onu tərbiyə edirlər. Nadinc uşaq tədricən düzəlir, pis hərəkətlərini unudur.
Cəmiyyətdə də müəyyən cinayətlər törətmiş insanlar olar. Onlar törətdiyi cinayətə görə həbs olunurlar. Həbsdə məhkum olduğu zaman düzgün yola qayıdır və bir daha cinayətə əl atmır.
Lakin elələri də var ki, onlar islaholunmazdırlar. Ermənilərə millət demək də günahdır, çünki onların kökləri belə məlum deyil. Ermənilər başlarına gələn müsibətdən nəticə çıxarmırlar. Belələrinin quyruğunu tapdalayıb, başını sağ qoymaq olmaz”.
E.Məmmədov qeyd edib ki, ermənilər İkinci Qarabağ savaşında 10 min nəfərə qədər itki, elə bu qədər də yaralı verdilər. Hələ də döyüş bölgəsindən onların meyitləri tapılır:
“Bəziləri elə fikirləşirlər ki, 44 günlük müharibədə ermənilər bizim gücümüzü gördülər, ağır zərbələr aldılar və bu, onlara dərs oldu. Lakin mən elə düşünmürəm. Onlar yenə də fürsət axtarırlar ki, kimlərinsə əli ilə Qarabağda qanlı hadisələr törətsinlər. Bütün təxribatlarının cavabı qəti şəkildə, güzəştə gedilmədən verilməlidir. Hətta kökü kəsilməlidir. Nə qədər ki, ermənilər Azərbaycan torpaqlarındadırlar, silahlı qruplaşmaları, quldur dəstələri Qarabağda mövcuddur, onlar ağıllarına gələni edəcəklər.
Azərbaycan rəsmən etiraz etsə belə, erməni rəsmiləri Qarabağa hələ də gəlib-gedirlər. Onlara etiraz təsir etmir. Quldurun, faşistinin heykəlini gətirib, Xocavəndin mərkəzində qoyublar. Bu Azərbaycana yenidən meydan oxumaqdır. “Yəni biz öz bildiyimizi edirik, bura bizimdir, nə istəsək edə bilərik”. Mən hesab edirəm ki, yaxın vaxtlarda həmin heykəl və o heykəli ora qoyanlar da öz cəzalarını alacaqlar. Azərbaycan əsgəri onların cavabını verəcək”.
Deputat bildirib ki, işğaldan azad olunan rayonlarımızda Azərbaycanın milli-mənəvi dəyərlərini, tarixini əks etdirən mədəniyyət ocaqları, məscidlər yüksək səviyyədə bərpa edilməlidir:
“Azərbaycanın görkəmli şəxsiyyətlərinə, vətən uğrunda canını fəda edən igidlərimizin adına küçələr, abidələr, xatirə kompleksləri hazırlanmalıdır. Məscidlərimizin əksəriyyətinin inşası sovet dövründən əvvələ təsadüf edib. Cənab prezident Şuşa, Ağdam, Zəngilan və Füzulidəki dağıdılmış məscidlərdə olarkən dedi ki, onlar İslam dəyərlərinə uyğun ən yüksək səviyyədə tikilcək, bərpa ediləcək.
Biz elə etməliyik ki, ermənilər Qarabağın hər yerində islam mədəniyyətini, Azərbaycan tarixini əks etdirən abidələri, abad yaşayış məntəqələrimizi görsünlər. Bərpa işləri aparıldıqdan sonra həmin ərazilərin əvvəlki halında olan fotoşəkilləri lövhələrə vurulmalıdı. Bu ona görə ediləcək ki, dünya erməni vəhşiliyini görsün və bilsinlər ki, onlar ərazilərimizi nə günə qoyublar”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024