Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-02-2014, 19:25)
Şamil Basayevə pulu Azərbaycan məmuru ötürüb – Şok təfərruat

Ərəb ölkələrindən Çeçenistan mücahidlərinə gələn pul Azərbaycandan keçib.

Bu informasiya “Axar.az”a etibarlı mənbədən verilib. İnformasiyanı verən şəxs uzun müddət Çeçenistanın Türkiyədə təmsilçisi olan İsa Abzatovun etiraflarını qeydə alıb. Qeydlərdə İsa Abzatovun hansı vasitələrlə çeçen döyüşçülərinə pul göndərildiyi yazılıb. Həmçinin pulun göndərilməsində Bakıdan “X” adlı məmurun vasitəçilik etdiyini qeyd edib.

Ərəblərdən Xəttaba və Şamil Basayevə pul axırdı  

Məktubda bildirilir ki, İsa Abzatov çeçen liderlərindəndir və uzun illər Türkiyədən Çeçenistan savaşı üçün pul toplayan bu şəxsin Nəcməddin Ərbakanın partiyası ilə çox yüksək əlaqələri olub.   “O vaxt Maqomedov və Əhməd Kadırov Bakıya gəlmişdilər. Burada “X” adlı məmurla görüşmüşdülər və o da istənilən yardımı göstərməyə hazır olduğunu demişdi. Danışıq belə olmuşdu ki, həmin şəxs ərəb ölkələrindən gələn pulun Azərbaycandan Dağıstana ötürülməsinə yardım etməliydi. Dağıstana ötürülən pul ordan da çeçenistana gedəcəkdi. Pulu “X”ın şəxsi cangüdəni Maqomedova çatdırmalıydı. Əvəzində isə “X”-a pulun 10 faizi verilirdi. Pullar dolayısı ilə Şamil Basayev və Xəttaba çatdırılacaqdı”.

Pulun göndərilmə marşrutu

Qeyd olunur ki, pul Bakıya ərəb ölkələrindən vasitəçilərlə gətirilirdi: “Pulu Bakıya Abul Hur adlı ərəb göndərirdi. Burada isə Züheyr adlı Yəmən vətəndaşı qəbul edirdi. Züheyrin keçmiş “İnqilab” küçəsində icarəyə götürdüyü evi var idi. Züheyr pulu “X”ın cangüdənindən qəbul edir və pay götürülürdü.   Daha sonra pul Xəttabın Bakıdakı digər adamı – Dağıstan vətəndaşı Avar İbrahim vasitəsilə Maqomedovun mühafizəçilərinin rəhbərinə təqdim edilirdi.

Xüsusi xidmət cinayətin izinə düşür

İsa Abzatov etiraflarında bildirib ki, Xəttab öldürüldükdən sonra pulu ötürdüyümüz marşrutun xüsusi xidmət orqanları tərəfindən ifşa olunduğunu bildik: “O yola hamı güvənirdi və nə qədər sirli olduğu bilinirdi. Rusiya da bundan istifadə edərək, Xəttaba zəhərli məktub göndərmişdi. Bundan əvvəl isə birinci zərbəni Əhməd Kadırov vurmuşdu. Çünki Ə.Kadırov artıq ruslara satılmışdı”.

Avar İbrahimin meyiti zibillikdən tapılır  

Bakıda vasitəçi olan Züheyrə sonralar Qətərdə Dini İşlər Nazirliyində vəzifə verilib. Maraqlıdır ki, Zübeyr Yəmən vətəndaşlığını daşıyıb.   Həmin “X” adlı məmura gəlincə isə onunla bağlı məlumatlar yoxa çıxıb: “İsa Abzatov deyir ki, Xəttab öləndən sonra vəziyyət çox qarışdı. Ortada şübhələrin sayı həddən artıq çox idi. Bunlardan biri də zəhərli məktubun Avar İbrahimin vasitəsilə göndərilməsiydi.   Az sonra Avar İbrahimin meyiti Yeni Yasamalda zibil qutusundan tapıldı…”   Qeyd edək ki, Xəttab məşhur çeçen terrorçularından olub və uzun zaman Rusiya xüsusi xidmət orqanlarının siyahısında axtarılan əsas şəxslər sırasında yer alıb. Əslən Səudiyyə Ərəbistanından olan Xəttab 2002-ci ildə öldürülüb. Sələfilərin Qafqazda ən məşhur nümayəndələrindən hesab olunub.   İsa Abzatov isə Türkiyədə uzun müddət çeçen döyüşçülər üçün yardım toplayıb. Aslan Mashadovun Ankarada rəsmi təmsilçisi olan bu şəxs onun ölümündən sonra da burada fəaliyyətini davam etdirib. O, 1999-cu ildə verdiyi müsahibəsində Rusiyanın Xəzər neftinə sahib çıxmaq üçün ölkəsini işğal etdiyini bildirmişdi.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024