Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (24-02-2020, 07:23)
Hakimiyyət daxilində İlham Əliyevə qarşı təxribatlara başlanılıb

 Qubad İbadoğlunun qızının döyülməsi məsələsinin təşkili və onun gündəmdə saxlanmasının arxasındakı qaranlıq məqsədlər dövlət başçısına qarşı növbəti təxribatdan xəbər verir

Müstəqil Azərbaycan tarixində ilklərdən hesab olunan növbədənkənar parlament seçkiləri özünün “ilk”ləri ilə də tarixə düşəcək özəlliklərə malik olub. Acı təəssüf hissi ilə bildirmək gərəkdir ki, bu özəlliklərdən biri də seçki məntəqələrində müşahidəçilərin döyülməsi kimi biabırçı halların baş verməsidir. Bu halların başvermə səbəblərinə diqqət yetirəndə növbədənkənar seçkilərə böyük maraqla yanaşı, çoxsaylı maraqların toqquşması kimi ümumi amillərin təsirini də nəzərdən qaçırmamaq lazımdır. Ancaq 76 saylı Lənkəran – Astara dairəsinin məntəqələrindən birində baş verən və əksər vətəndaşlar arasında ikrah hissi doğuran hadisədəki incə nüans mühüm və olduqca həssas mərhələni keçməkdə olan ökəmizdə uzun illərdir davam edən sabitliyin pozulmasına yönəlmiş təhlükədən xəbər verir.

Yuxarıda qeyd edildiyi kimi, seçki günü təxribat kimi qiymətləndiriləcək hadisələrdən biri də 76 saylı dairənin 16-cı məntəqəsində baş verib. Yaşadığmız texnologiya əsrində bütün dünyanın gözü qarşısında məntəqəyə dəxli olmayan bir nəfər tərəfindən qadın müşahidəçi vəhşicəsinə zorakılığa məruz qalıb. Digər məntəqədə qeydiyyatda olduğu halda seçici kimi məntəqəyə daxil olan şəxsin müşahidəçiyə düşünülmüş şəkildə hücumu və ondan sonra ortaya çıxan faktlar bir çox qaranlıq məqamlardan xəbər verir. Belə ki, məlum seçki məntəqəsində məntəqə komissiyasının məşvərətçi səs hüququ olan Jalə Bayramovanı döyən, onu yerlərdə sürüyən Azadə Mürvət qızı Kərimovanın 76-cı dairənin 16-cı məntəqəsindəki seçicilərin siyahısında adı olmayıb. Hadisənin baş verdiyi məntəqənin seçki siyahısında adı olmayan, Lənkəran rayonu Sürük kəndində məcburi köçkün yataqxanasında qeydiyyatda olan A.Kərimovanın adı isə başqa siyahıdan çıxıb. Məlum olub ki, Azadə Mürvət qızı Kərimova 2019-cu ilin fevral ayından ünvanlı sosial yardım alır, gələn aydan onun yardımının müddəti başa çatır və çox böyük ehtimalla 9 fevraldakı xidmətinə “mükafat” kimi sosial yardımının yenidən uzadılması vədi verilib. Həmin qadının yerli dövlət qurumlarında çalışanların daha yaxşı tanıdıqları barədə siqnallar da var.

Birmənalı şəkildə demək olar ki, bu məsələdə adı hallanan A.Kərimova həmin olayı törətməyə razılıq verəndə bu qədər məşhurlaşacağını ağlına belə gətirməzdi. Çünki o, bu hadisədə yalnız aldığı “makafat”ın xidmətçisi rolunda çıxış edib. Lakin hadisədə zərəçəkən Jalə Bayramovanın məşhur iqtisadçı-professor, hazırda ABŞ-da yaşayan Qubad İbadoğlunun qızı olması fonunda bu hadisənin həm ölkədə, həm də xaricdə ciddi rezonans doğurması bu səhnənin baş rol ifaçısının arxasında kimlərinsə dayanmasından və məqsədli xidmətlərindən xəbər verir.

Kərimova Azadə Mürvət qızı

Ən azı ona görə ki, seçki günü adı seçici siyahısında olmayan, müşahidəçi kimi qeydiyyatdan keçməyən, məntəqə komissiyasının üzvü olamayan kənar bir şəxsin məntəqədə “at oynatması” Azərbaycan Seçki Məcəlləsinin pozulması deməkdir. Bu da Azərbaycanın seçki qanunvericiliyinin pozulmasına sövq edilən A.Kərimovanın seçki məntəqəsinə xüsusi təyinatla gətirildiyinə dəlalət edir. A. Kərimovanın səsvermə günü seçki məntəqəsinə daxil olaraq ömründə birinci dəfə gördüyü Bakı Dövlət Univesitetinin hüquq fakultəsinin 4-cü kursunda “Sabah” qrupunda oxuyan, növbədənkənar parlament seçkisində məntəqə komissiyasının məşvərətçi səs hüququ olan J.Bayramovaya hücum etməsini başqa cür izah etmək mümkün deyil.

Hadisənin seçki günü və insidentin baş verdiyi məkanda tam təfərrüatının açılması mümkün olmasa da, onun böyük əks-səda dorğumasında hansısa dairələrin maraqlı olmasını da nəzərdən qaçırmaq olmaz. Qeyd edilən qaranlıq məqamlar da məhz A.Kərimovanın həmin məntəqəyə kimlərin və hansı təyinatla göndərməsinin naməlum qalmasında, zərərçəkənin aldığı xəsarətlərin qeydə alınmasına maneçilik törədilməsində və iki həftə vaxt keçməsinə baxmayaraq, hüquq-mühafizə orqanları tərəfindən bu məsələlərin dərindən araşdırılmamasında və hücum edən şəxsin heç bir istintaq məsuliyyətinə cəlb edilməməsində yatır.

Belə ki, hadisədən sonra məsələni ictimailəşdirən Qubad İbadoğlunun məntəqədə baş verən cinayət hadisəsinin cəzasız qalmaması üçün Prezident İlham Əliyevə, həmçinin dəfələrlə müvafiq orqanlara müraciət edərək J. Bayramovaya qarşı baş vermiş sui-qəsd hadisəsinin araşdırılıb, cinayət törədənlərin cəzalandırılmasına çağırışına etinzasız münasibət ictimai rəydə ciddi etraz yaranmasına, cəmiyyətdə narazılığın, gərginliyin artmasına gətirib çıxardı. Sanki hansısa “gizli əl” bu işin açılmaması məqsədilə öz niyyətini daxildki ictimai rəyi hakimiyyətə qarşı aqressiyaya kökləmək, hazırda ölkəmizə qarşı beynəlxalq qurumlarda hücuma keçən xaricdəki maraqlı dairələrinə əlinə Azərbycanın əleyhinə mənfi rəyləri artırmaq fürsəti vermək üzərində qurub. Buraya zərəçəkənin tibbi ekspertiza, cinayət işi açılması barədə tələblərinin qarşısının alınmasına, işin bağlanmasına, cinayətin ört-basdır edilməsinə yönəlmiş cəhdləri də əlavə edəndə bu işlə hansısa qüvvələrin birbaşa məşğul olması, habelə məsələnin ciddi narazılıq səviyyəsinə qədər gərginləşməsi məqsədinə nail olmağa çalışmasını bir daha təsdiq edir.

Bu arada, məsələ ilə bağlı mövcud gərginliyi artıran digər məqam da var. Belə ki, hadisəni törədən şəxs və ya şəxslərlə bağlı deyil, J.Bayramovanın haqqında cinayət işinin açılması barədə məlumatın yayılması ölkənin hüquq-mühafizə orqanlarına qarşı mənfi rəy yaratmaq baxımından ciddi cəhdlərdən xəbər verir. Belə rəy yaradılmağa çalışılır ki, guya bütün cəhdlər hadisənin planlı və məqsədli şəkildə bu işin bağlanmasına yönəldilib. Bu məlumatların MSK sədri Məzahir Pənahovun məsələyə soyuqqanlı şəkildə münasibətindən sonra yayılması bu hadisə ətrafında yaranan vəziyyətin gərginləşməsində Məzahir Pənahovun da maraqlı olması görüntüsü yaradıb. Çünki MSK sədrinin hansısa kənar bir şəxsin məntəqədə mövcudluğu və təxribat törətməsi faktının qanunsuz olduğu halda hansısa təxribatçıya haqq qazandırması böyük qəzəb doğurub.

Bütün bunlara baxmayaraq, dünən Daxili İşlər Nazirliyinin Jalə Bayramova barədə yayılan məlumatlara aydınlıq gətirməsi, zərərçəkən J.Bayramovaya qarşı cinayət işinin başlanması barədə yayılan xəbərlərin əsassız olması və həqiqəti əks etdirmədiyi barədə bəyanatı MSK sədrinin açıqlaması da daxil olmaqla, bu səpkili xəbərlərin də məqsədli uydurmalardan qaynaqlandığını göstərir.

Beləliklə, yuxarıda qeyd edilənlər belə nəticə çıxarmaq mümkündür ki, bütün dünyanın gözü önündə Jalə Bayramovanın seçki məntəqəsində döyülməsi, hadisənin araşdırılmasına qəsdən maneçilik törədilməsi, hətta günahkar hesab edilərək cəzalandırılmasına cəhdlər təxminən 1 il öncə Mehman Hüseynov məsələsində olduğu kimi, ölkədə kütləvi etiraz aksiyalarına qədər gedib çıxan hadisələri xatırladır. Yəqin ki, çoxları Mehman Hüseynova həbsxanada təkrar cinayət işinin açıqlaması fonunda 2019-cü ilin yanvar ayın 19-da təşkil olunan mitinqi unutmayıb.  Görünür, Jalə Bayramova ilə bağlı da oxşar senari cızılıb…

Bu olayda əsas hədəf kimi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlunun qızının seçilməsi də təsadüfi deyil. Ən azı ona görə ki, professor Qubad İbadoğlu alim olmaqla bərabər, ictimai nüfuzlu şəxslərdən biridir, habelə hakimiyyətə qarşı müxaif mövqedə olsa da, iqtisadi sahədə analizləri və proqnozları ilə həm ölkə daxilində, həm də xaricdə kifayət qədər ciddi qəbul edilən ekspertlərdəndir. Bu baxımdan onun qızı ilə bağlı məsələni qabardaraq və gündəmdə saxlayaraq ondan istifadə edənlər vaxtilə həbsdə olan bloger Mehman Hüseynov məsələsində olduğu kimi, narazılıq yaradıb, vətəndaşları, o cümlədən gəncləri ayağa qaldırıb etiraz aksiyalarına rəvac vermək, ölkədə xaos yaratmaq niyyətindədirlər.

Belə ki, seçki günü Jalə Bayramovanın döyülməsi cəmiyyətdə hakimiyyətə qarşı narazılğa zəmin yaradacaq qədər ciddi məsələdir və onun qəsdən törədilməsinə şübhələr var. Həmçinin hakimiyyətdəki obyektivlik mövqeyindən çıxış edən şəxslər bu hadisəni qınayıblar. Yəni bu insident həm milli mentalitetimizə görə mənəvi-əxalqi cəhətdən yolverilməz hal olduğu kimi, həm də doğuracağı siyasi təlatüm baxımından hesablanmış təxribat xarakterli cəhddir. Burada məqsəd olduqca təhlükəlidir və sırf ölkəmizə, o cümlədən Prezident İlham Əliyevə qarşı mənfi rəy yaratmağa hesablanmış növbəti sabotaj ola bilər. Bu da onu deməyə əsas verir ki, ölkədə xaos yaratmaq niyyəti güdənlər dövlət başçısının siyasətinə əngəl törətmək üçün ADR rəhbərinin qızının döyülməsi və onun gündəmdə saxlanmasında maraqlıdırlar…

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
17 06 2025
17 06 2025