Siyasət / Gündəm / Slayd (8-02-2020, 10:19)
Prezidentın son mesajları nəyə xidmət edir?
Dövlət başçısı Azərbaycanın inkişafına və xalqımızın, dövlətimizin maraqlarına xidmət edən islahatlara əngəl törədənlərə xəbərdarlıq etdi
Dövlət başçısı İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışlarında Azərbaycan regionlarının dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunları ilə bağlı geniş söhbət açmaqla yanaşı, son dövrlər Azərbaycanda həyata sosial-iqtisadi, struktur islahatları ilə əlaqədər görülən təxirəsalınmaz tədbirlərə də diqqət yetirib, ayrı-ayrı məsələlərlə bağlı özünəməxsus mövqe ortaya qoyub.
Siyasi sahədə aparılan islahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir
Birincisi, dövlət başçısı bildirib ki, Dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır və üç proqram çərçivəsində böyük işlər görülüb: “Ancaq hələ də görüləsi işlər çoxdur. Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır”.
Ötən il ərzində proqramın icrası ilə bağlı bütün lazımi tədbirlər görülsə də, Prezident, eyni zamanda bəzi məsələlərdə müəyyən ləngimələr olduğunu diqqətə çatdırıb.
İkincisi, dünyada yeni münaqişə ocaqları, yeni gərginlik yarandığı, mövcud problemlər öz həllini tapmadığı halda ölkəmizdə mövcud olan sabitliyə diqqət çəkən dövlət başçısı ölkəmizdə mövcud olan sabitliyin Azərbaycan xalqının iradəsi ilə təmin edildiyini xatırladıb: “Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur”.
Azərbaycanın hazırda iqtisadi inkişaf, ciddi islahatlar yolunda olduğunu qeyd edən Prezident bu islahatların cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini xatırladıb: “Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, ölkəmizdə mövcud olan xoşagəlməz problemlərin həllində isə çox önəmli rol oynayır. Adətən çox köklü iqtisadi və siyasi islahatlar böyük problemlər də gətirir… Azərbaycanda isə islahatlar ardıcıl şəkildə aparılır. Bu, düşünülmüş siyasətdir. Sadəcə olaraq, biz indi islahatların yeni mərhələsinə qədəm qoymuşuq. Ona görə həm iqtisadi sahədə, həm siyasi sahədə aparılan islahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir. Eyni zamanda, çox ciddi struktur və kadr islahatları aparılmışdır”.
Dövlət başçsının çıxışında digər mühüm məqam sərmayə qoyuluşu və valyuta ehtiyatlarımızın artımının iqtisadi müstəqilliyimizi və böyük dərəcədə siyasi müstəqilliyimizi təmin etməsi barədə fikirləridir. Prezident birməanlı şəkildə vurğulayıb ki, Azərbaycan bu gün dünyada tam müstəqil siyasət aparan nadir ölkələrdəndir. Müstəqil siyasət aparmaq üçün bir çox amilləri sadalayan Prezident bir danılmaz gerçəkliyi də vurğulayıb ki, Azərbaycan böyük ölkələrlə rəqabət apara bilməsə də, müstəqil siyasət aparmaq kifayət qədər imkanları var: “Bunların başlıcası xalqın dəstəyidir, bizim siyasətimizə göstərilən dəstək və etimaddır. Əlbəttə ki, iqtisadi göstəricilərimiz, siyasi arenadakı fəaliyyətimiz bizim gücümüzü artırır və Azərbaycan ildən-ilə daha da güclənir və güclənəcəkdir”.
Azərbaycan son illər ərzində kosmik dövlətə çevrilib
Son 16 il ərzində görülmüş bütün işlərin əsas məqamlarını Azərbaycan ictimaiyyətinə çatdıran Prezident 2004-cü ildən həyata keçirilən dövlət proqramlarına toxunub. Əhalisinin böyük əksəriyyəti regionlarında, rayonlarda, kəndlərdə yaşayan Azərbaycanın inkişafından bəhs edən Prezident son 16 ildə orta əməkhaqqının 11 dəfə, orta pensiyanın 8 dəfə artdığını (6 fevral tarixli sərəncamla pensiyalar yenidən artırılıb), 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilməsini xüsusi qeyd edib. 2003-cü ildə 51 faiz olan Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə çatmasını da xatırladan dövlət başçısı deyib ki, bütün bu işlər insanların daha yaxşı yaşaması üçün görülüb.
Azərbaycan bu illər ərzində kosmik sahədə əldə etdiyi nailiyyətə toxunan dövlət başçısı ölkəmizin orbitdə üç peyki olması reallığından danışaraq kosmik dövlətə çevrildiyimizi xatırladıb. 2 ildən sonra Dünya Astronavtika Konqresinin Bakıda keçirilməsi də böyük hadisə kimi qiymətləndirib. ölkəmizdə yeddi aeroport tikildiyini, onların altısının beynəlxalq aeroport olmasını, Davosun hesabatında Azərbaycan hava xidmətlərinə görə 11-ci yerdə olduğunu diqqətə çatdıran dövlət baçısı Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsi ilə Ermənistanın əbədi dalanda qalmasını da vurğulayıb.
Azərbaycanın Şərq-Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında biz xüsusi rol oynayan aparıcı ölkəyə çevrildiyini, Xəzərdə ən böyük dəniz limanı olan Ələt Beynəlxalq Dəniz Limanının fəaliyyətə başlamasını, gəmiqayırma zavodunun artıq tankerlər, yük gəmiləri və istənilən gəmini istehsal edə biləcəyini xatırladan dövlət başçısı bu layihələrin aparıcı qüvvəsi, təşəbbüskarı, təşkilatçısı, əsas maliyyə yükünü öz üzərinə götürən ölkənin Azərbaycan olduğu üçün bu layihələrin hər biri tarixi əhəmiyyət daşıdığını da bildirib. Bu layihələrin, ümumiyyətlə, görülən işlərin hamısı Azərbaycan xalqı qarşısında böyük xidmət kimi dəyərləndirən Prezident indiyə qədər söz verdiyi bütün işləri yerinə yetirdiyini diqqətə çatdırıb: “Nəyi demişiksə, onu da etmişik. Bir dənə də icra edilməmiş vəd yoxdur. Heç kim bunu tapa bilməz. 2003-cü ildə və ondan sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm. Ona görə bizim sözümüzə də, işimizə də xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir”.
Şəhər nəqliyyatı bərbad vəziyyətdədir
Ekoloji vəziyyətin yaxşılaşdırılmasının daim diqqət mərkəzində olduğunu qeyd edən Prezident yekun nitqində bu istiqamətdə bir çox önəmli tədbirlər görülməsinə baxmayaraq probelmlərin olduğunu da göstərib: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə çaylar boyu yerləşən bir çox kənddə modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Ancaq mənə bəzi yerlərdən gələn məlumata görə, bu qurğuların bir neçəsi sıradan çıxmışdır. Ona görə birinci növbədə bu qurğuların fəaliyyəti ilə bağlı monitorinq keçirilməlidir, geniş təhlil aparılmalıdır, mənə məruzə edilməlidir ki, onların vəziyyəti nə yerdədir. İkincisi, bu qurğuların istismarı ilə bağlı gərək təkliflər verilsin. Əfsuslar olsun ki, bu günə qədər bu qurğular başlı-başına buraxılıb. Yerli icra orqanları, bələdiyyələr, əslində, bu qurğuların istismarı ilə məşğul olmalıdırlar”.
“Təbiət toxunulmazdır”, – deyən dövlət başçısı ağacların qırılması, onların yerində binaların tikilməsinə qəti şəkildə qarşı çıxıb.
Bakı şəhərinin nəqliyyatın vəziyyətinə toxunan dövlət başçısı dövlət xətti ilə gətirilən avtobusların əksəriyyətindən fərqli olaraq, xüsusilə özəl sektorun avtobuslarının artıq çoxdandır yararsız vəziyyətə düşdüyünü xatırladıb. Onun sözlərinə görə, Bakı və Sumqayıtdan fərqli olaraq digər şəhərlərdə vəziyyət acınacaqlıdır, şəhər nəqliyyatı bərbad vəziyyətdədir, istifadə olunan avtobuslar heç bir meyarlara cavab vermir: “Biz bu məsələni də həll etməliyik. Hər bir şəhərdə nəqliyyat yaxşı olmalıdır. Yollar yaxşıdır, nəqliyyat da yaxşı olmalıdır ki, vətəndaşlar mənzil başına, iş yerinə rahat çata bilsinlər”.
Təxminən 40 minə yaxın iş yeri yaradılacaq
Prezident yekun nitqində gələcəkdə görüləcək işlərdən də bəhs edib. Məsələn, onlarla məktəb, tibb müəssisəsi tikiləcək, təmir ediləcək, iki Olimpiya İdman Kompleksinin açılışı nəzərdə tutulur. Bu il beş “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək və beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 21-ə çatacaq. “DOST” mərkəzlərinin yaradılması daha geniş vüsət alacaq. Artıq iki mərkəz keçən il istifadəyə verilib və ümumiyyətlə, 30-dan çox “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur.
Digər sosial layihə şəhid ailələri üçün tikiləcək və təmin ediləcək mənzillərdir. Keçən il 934 şəhid ailəsinə mənzil verilib. Bu il ən azı 1500 şəhid ailəsi dövlət tərəfindən gözəl evlərlə, mənzillərlə təmin ediləcək. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına gəldikdə isə, bu il yenə bu sahədə də rekord il olacaq. Çünki bu il 7 min köçkün ailəsi üçün mənzillərin, evlərin verilməsi nəzərdə tutulur. Keçən il bu rəqəm 5 min idi. Beləliklə, təqribən 30-40 min köçkün yeni evlərlə təmin ediləcək.
Prezident bildirib ki, həyata keçirilən sosial layihələr arasında ödənişli ictimai iş yerlərinin yaradılması da var. Dövlət başçısı deyib ki, onun göstərişi ilə ödənişli ictimai iş yerləri yaradılıb, amma problem qalmaqdadır: “Ancaq əfsuslar olsun ki, bu sahədə bölgələrdə pozuntulara yol verildi və bu pozuntulara yol verən şəxslər cəzalandırıldı. Əgər bu biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək. Çünki kasıb təbəqə üçün nəzərdə tutulan iş yerlərinin pulunu mənimsəmək böyük vicdansızlıqdır… Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib ki, bütün iş yerləri qeydiyyatdan keçsin və nəzarət güclü olsun. Baxmayaraq ki, işsizliklə bağlı vəziyyət ötən il yenə də böyük dərəcədə yaxşılaşdı, amma əhali artır. Biz bunu nəzərə almalıyıq. Ona görə bu il də dövlət xətti ilə təxminən 40 minə yaxın iş yeri yaradılacaq”.
Özəl banklara ciddi xəbərdarlıq edildi
Bank sektorunda sağlamlaşdırma prosesinin davam etdirildiyini qeyd edən Prezident ilham Əliyev banklara çox böyük dəstək verildiyini, bütün əmanətlərin sığortalandığını və bu prosesin uzadıldığını xatırladıb: “Hesab edirəm və tam əminəm ki, artıq böhranlı dövr arxada qalıbdır. Ancaq əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni yenə də öz üzərinə götürür. Azərbaycan nadir ölkələrdəndir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır”. Banklara verilən böyük dəstək, edilən güzəştlərin onların məsuliyyətini artırdığını qeyd edən Prezident özəl bankları hər hansı bir sürprizdən çəkinməyə çağırıb: “Bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir. Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcəkdir”. Vurğulanıb ki, özəl banklar istehlak kreditlərindən daha çox, biznes-kreditlərə üstünlük verməlidirlər. Çünki bank krediti ölkə iqtisadiyyatı üçün, real sektor üçün, iş yerlərinin yaradılması üçün lazımdır.
Prezident bölgə əhalisini narahat edən bir məsələyə də toxunub. Belə ki, rayon və kənd yerlərində təklif olunan girov əmlaklar bir çox hallarda banklar tərəfindən girov kimi qəbul edilmir: “Onlar Bakıda girov əmlak istəyirlər. Buna son qoyulmalıdır. Burada heç bir ayrı-seçkiliyə yol vermək olmaz. Ona görə aidiyyəti qurumlar bu məsələ ilə də ciddi məşğul olsunlar”.
Sahibkarlığın inkişafı üçün dövlət bu il də kifayət qədər böyük vəsait nəzərdə tutur. Dövlət başçısı deyib ki, son illər ərzində sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox vəsait verilib: “Ancaq verilən bu kreditlərə həm nəzarət gücləndirilməlidir, həm də biznes layihələrinə yenidən baxmaq lazımdır. Çünki aparılan təhlil göstərir ki, hər bir iş yerinin yaradılması üçün kifayət qədər böyük vəsait xərclənir. Ancaq hazırda daha çox güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir. Çünki biz yaxşı bilirik ki, inkişaf etmiş ölkələrin ümumi daxili məhsulu böyük dərəcədə kiçik və orta sahibkarlıq tərəfindən formalaşır. Ona görə bu il güzəştli biznes-kreditlərinin tərkibində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir”.
Heç kim 8 saatdan artıq işləməməlidir
Sahibkarlara çox böyük hərtərəfli dəstək göstərildiyini xatırladan Prezident deyib ki, Azərbaycan iqtisadiyyatının gələcəyinin sahibkarlığın inkişafından asılıdır. Bu sahədə görülən işlərə gəlincə, ilk növbədə dövlət tərəfindən sənaye zonaları, sənaye parkları, infrastruktur yaradılıb, təşviq mexanizmi təşkil edilib və digər stimulverici amillər tətbiq olunub.
Sahibkarlara çox böyük imkanlar yaradıldığını xatırladan dövlət başçısı sahibkarlardan dürüst olmağı, təmiz işləməyi, əyri yola getməməyi, vergiləri gizlətməməyi tələb edib: “Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər. Çünki rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir”.
“Sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır”, – deyən dövlət başçısı məmurların sahibkardan pay tələb etmək, nəsə qoparmaq istəyinin də yolverilməzliyindən danışıb. Sahibkarlar isə fəaliyyətini qanunvericiliyə uyğun qurmalı, əmək müqavilələri bağlamalı, işçiləri istismar etməməlidirlər: “Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir”.
Prezident Nazirlər Kabinetinə tapşırıb ki, xüsusi müşavirə keçirilsin, həmin məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılsın: “İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur”.
Kölgə iqtisadiyyatına qon qoyulmalıdır
Kölgə iqtisadiyyatına qarşı mübarizə bundan sonra da aparılacağını dilə gətirən dövlət başçısı hər iki tərəfi – bu işlərə göz yuman dövlət məmuru və bu işləri görən sahibkarın sövdələşmələrinin pozulmalı olduğunu dilə gətirib: “Dövlət indi göz yummur, sahibkar da gərək öz biznesini kölgədən 100 faiz çıxarsın. Dövlət, mərkəzi icra orqanlarımız xüsusi anlayış göstərərək bu prosesi tədricən edirlər. Çünki bu işi görənlər onilliklər ərzində, sovet dövründə də, müstəqillik dövründə də belə işləyiblər, öyrəşiblər. Ona görə buna son qoyulmalıdır… Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam, çox sadə”.
Dövlət başçısı Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlı acınacaqlı vəziyyəti ortaya qoyub: “O təhlil mənə veriləndə, sözün düzü, çox dəhşətə gəldim. Ona görə buna son qoyulur. Vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsaiti nəyin hesabına toplayıblar? Onun hesabına ki, bu pullar kiminsə cibinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi”. Həmin pullar hesabına sosial təşəbbüsün reallaşdıra bildiyini deyən Prezident o pulların qəpiyinə qədər insanların maaşına, pensiyasına, təqaüdünə, müavinətinə getdiyini də xatırladıb.
Qəti şəkildə “kölgə iqtisadiyyatına son qoyulmalıdır”, – deyən dövlət başçısı bildirib ki, bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir: “Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu, alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur”.
Konfransda açıq söhbət aparılmalı, problem və onun həlli yollarıını sahibkara deyilməli olduğunu qeyd edən dövlət başçısı hansısa bəyanatların lüzumsuzluğunu dilə gətirib, pozuntulara qarşı qətiyyətli olmağa çağırıb: “Elə etməliyik ki, 2020-ci ildən başlayaraq, bütün bu bicliklər, manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr qıraqda qalsın. Bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi – bütün bunları dövlət orqanları bilir və bilirdi. Sadəcə olaraq, bəziləri göz yumurdular, sövdələşirdilər. Daha bu dövr bitdi”.
Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması kimi mühüm yeniliyə toxunan Prezident Cənubi Qafqazda, Orta Asiyada Azərbaycanı mərkəz kimi seçməyin böyük hadisə olduğunu vurğulayaraq gələcək inkişafımız üçün Dördüncü Sənaye İnqilabında Azərbaycanın lider olmasının vacibliyini ortaya qoyub.
Beləliklə, yuxarıda qeyd edildiyi kimi, konfransda Prezident Azərbaycan xalqının, o cümlədən vətəndaşın gündəmində olan bir çox məsələlərlə bağlı özünəməxsus mövqe ortaya qoymaqla əhalinin marağından çıxış etdiyini bir daha ortaya qoyub. Bu mövqe kimliyindən asılı olmayaraq heç bir siyasi opponentin ölkə başçısını xalqın probleminə biganə yanaşdığını iddia etmək cəsarətində bulunmasına imkan vermir. Əgər dövlət başçısı deyirsə, siyasi sahədə aparılan islahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir, Bakı və Sumqayıt istisna olmaqla, ölkədə şəhər nəqliyyatı bərbad vəziyyətdədir, kerditlərin verilməsində ayrı-seçkilik olmamalıdır, heç kim 8 saatdan artıq işləməməlidir, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər, kölgə iqtisadiyyatına qon qoyulmalıdır, deməli o bizim əsas problemlərindən xəbəri var və onların aradan qaldırılması üçün çalışır. Təbii ki, onun xəbərdarlıq etdiyi məmurlar, sahibkarlar, həmçinin bu problemi yaradan və üzərində hiss edən hər bir vətəndaş da özünün sosial-iqtisadi durumunun yaxşılaşmasına xidmət edən bu işdə öz öhdəsinə düşən vəzifəni yerinə yetirsə, daha tez uğur əldə etmək mümkündür.
Yazı AzToday.az-ın analitik qrupu tərəfindən hazırlanıb

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024