Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-08-2014, 13:10)
Ermənistanda gizli çevriliş


Siyasi liderlər fəal şəkildə rayonlara gedib sakinlərlə görüşürlər

 

 Erməni siyasətçiləri tətildən istifadə edərək fəal şəkildə rayonlara gedib sakinlərlə görüşürlər. 
ANS PRESS-in məlumatına görə, bu günkü məqaləsini bu məsələyə həsr etmiş erməni şərhçi Naira Ayrumyan bunu Ermənistanda gözlənən hakimiyyət çevrilişinin əlaməti kimi dəyərləndirib. 
“Belə işlər adətən seçki zamanı edilir. Görünür, erməni siyasətçiləri yaxınlaşan dəyişikliyi hiss ediblər və əvvəlcədən buna hazırlaşmağa başlayıblar”, - deyə Naira Ayrumyan vurğulayır. 
Şərhçinin sözlərinə görə, Ermənistanın siyasi elitası cəmiyyətin ehtiyaclarından və dövlətin real öhdəliklərindən çox uzaqlaşıblar: “Son zamanlarda dövlət qərarlarının qəbul edilməsi Rusiyaya həvalə edilib, az miqdarda kiçik yerli qərarlar isə oliqarxlar tərəfindən verilir”.
Hazırda Ermənistan rəhbərliyi əsasən Rusiya yönümlü qərarlar qəbul edir və Serj Sarkisyan başqa istiqamət tanımıdığı üçün Moskvanın müti qulu kimi ölkəsini Avrasiya İttifaqına doğur aparmaqdan başqa yol tanımır. Rusiyaya qarşı ABŞ-ın sanksiyaları fonunda bu, bir sıra erməni siyasətçilər tərəfindən normal sayılmır. Artıq ABŞ öz ehtiyat fondundan bazara neft çıxarmağa başlayıb və bu, ilk dəfə olaraq neft fyuçerslərinin qiymətini barrel üçün 100 dollardan aşağı enməyə məcbur edib. Rusiya büdcəsində isə neftin qiyməti 102 dollar nəzərdə tutulub. 
ABŞ bu siyasətini davam etdirsə, Ukrayna ilə müharibə aparan Rusiya Sovet İttifaqının taleyini təkrarlayajaq. Nəticədə, eynən SSRİ kimi xaricdəki hərbi bazaları bağlamağa və daxili problemləri həll etməyə məcbur olacaq. O zaman Ermənistan havada qalacaq və vaxtında Qərbə üz tutmadığına görə, Avropa Birliyinin qapıları da üzünə bağlı olacaq. 
Ermənilər, təbii ki, ölkəni çətin vəziyyətdən çıxaracaq, AB ilə Moskva arasında manevar edə biləcək bir lider istəyirlər. Hələ komsomol vaxtından Moskvanın zombisinə çevrilmiş Serj Sarkisyan bu cür manevr imkanlarına malik deyil. Ona görə də, təbii ki, yeni lider axtarışındadırlar. Bu lider, bəlkə də, artıq məlumdur. Sadəcə, 1999-cu il oktyabrın 27-də parlamentdə Karen Demirçyanın öldürülməsini nəzərə alaraq onun adını açıqlamırlar. Əks halda, eyni qüvvələr yeni lideri də aradan qaldıra bilərlər. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024