Siyasət (6-08-2014, 13:25)
Rauf Arifoğlu: “Onlar Anar Məmmədovdan rüşvət alıblar...“
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov “Yeni Müsavat” qəzeti ilə düşmənçiliyini davam etdirir.
Nazir oğlu qanunsuz şəkildə, icra məmurları vasitəsi ilə qəzetin pullarını oğurlayıb. Belə ki, məşhur “Ayı işi”nin məhkəmə çəkişməsini yenidən yadına salan nazir oğlu qəzetin bank hesabına həbs qoyularaq pul götürülməsinə nail olub. Bu işdə isə ona Məhkəmə Qərarları İcrası İdarəsinin Nizami rayon Şöbəsi kömək edib.
Qəzet rəhbərliyinin fikrincə, Məhkəmə Qərarları İcrası İdarəsinin Nizami rayon Şöbəsi öz səlahiyyətlərində həddindən artıq qabağa gedib və Yaqub Məmmədov adlı icraçı bank hesabından pulları götürmək üçün şəxsən özü banka gedib, oraya hesabı təqdim edib. Onun banka verdiyi sənədin arxasında isə Anar Məmmədovun vəkili Ruslan Məmmədovun telefonu nömrəsi olub. Bu, o deməkdir ki, məhkəmə icraçısı, dövlətin məmuru bir oliqarx oğlunun vəkilini əlinin altında xidmətçi kimi işləyib ona məlumatlar verir ki, o neylədi, “Yeni Müsavat”a hansı pisliyi etdi.
“Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu məsələ ilə bağlı bildirib ki, o, icraçı ilə danışıb: “Yaqubun özü ilə danışmışam. Ona qanunsuz hərəkət həyata keçirdiyini xatırlatmışam. Qəzetin şikayət verdiyi halda, proses Apellyasiya Məhkəməsində olduğu halda, hesaba göndəriş yollamasının qanunsuz olduğunu nəzərinə çatdırmışam. O da avqustun 4-də bizə bildirib ki, bütün bunlara görə bir qərar yazır və qərar məhkəməyə göndəriləcək ki, icra dayandırılır. Lakin avqustun 5-də yoxlamışıq, Yaqub adlı icraçı bizi aldadıb və belə məlum olur ki, qərar yazılıb və heç bir hakimə göndərilməyib. Bu da onu göstərir ki, Nizami rayon Məhkəmə Qərarları İcrası Şöbəsi Anar Məmmədovun əlində oyuncağa çevrilib və böyük şübhələr məlumat var ki, Anar Məmmədovun adamları bu şəxslərə “Yeni Müsavat” sıxışdırmaq üçün rüşvət verib. Mən bu iddianı ictimailəşdirirəm və bildirirəm ki, Yaqub adlı icrası da, Nizami İcra Şöbəsi də Anar Məmmədovdan rüşvət alıblar, onun müqabilində qəzetin fəaliyyətinin tormozlamaqla və ona problem yaratmaqla məşğuldurlar. Mən bildirirəm ki, bununla bağlı qanuni şikayətlərimiz olacaq. Eyni zamanda da yazılarımız davam edəcək. Mən məhkəmə sisteminin rəhbərliyini bu məsələyə diqqət etməyə çağırıram. Qanunların bir nazirin, bir oliqarxın ayağının altında bu cür tapdanmasına imkan verməsinlər, mövqe ortaya qoysunlar və hər şey qanun çərçivəsində davam eləsin. Mən Nizami rayon Məhkəmə Qərarları İcrası Şöbəsinin əməkdaşlarına irad tutdum ki, sizin rayonun icrasında onlarla məhkəmə qərarı var ki, hələ də icra olunmayıb və siz sayğısızlıq göstərirsiniz, buna icra etmirsiniz. Nə baş verdi ki, “Yeni Müsavat” qəzetinin qərarını icra etmək və onun parasını tutmaq üçün buradan duraraq, xərc çəkərək məhkəməyə qədər, banka qədər gedirsiniz? Bilavasitə banka qədər gedirsiniz və bunu özünüz həyata keçirirsiniz. Siz dövlətin işçisisiniz, yoxsa oliqarx və pul oğrusu Anar Məmmədovun? Mən bu sualı sizə verirəm. Və üzümü Anar Məmmədova tuturam. Deyirəm ki, sən bizimlə düşmənçilik apardın. Sən də gəncsən, biz də qoca sayılmırıq, kollektiv də gəncdir. Bu düşmənçiliyi sən o zamana qədər bərabər səviyyədə sürdürə bilərsən ki, atan nazirdir. Atan nazir olmayandan sonra sən bizə necə cavab verəcəksən? Bir onu düşün”.
Qəzetin hüquqşünası Vaqif Hüseyn isə bildirib ki, Məhkəmə Qərarları İcrası İdarəsinin Nizami rayon Şöbəsi onların təkidindən sonra qərar yazaraq Nizami Rayon Məhkəməsinə göndərib: ” Artıq məktub məhkəmənin dəftərxanasına çatıb. Çalışırıq ki, proses tez təyin olunsun”.
Hadisədə adı hallanan Yaqub Məmmədov adlı icraçı isə tələsik məzuniyyətə çıxıb. Məhkəmə Qərarları İcrası İdarəsinin Nizami rayon Şöbəsinin rəis müavini Ceyhun Mustafayev isə məsələ ilə bağlı “Yeni Müsavat”ın sualını cavablandırmaqdan imtina edib. O bildirib ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etməyimiz məsləhətdir.
Xatırladaq ki, məşhur və qalmaqallı “Ayı işi” məhkəmə çəkişməsi nəticəsində “Yeni Müsavat” və “Azadlıq” qəzetləri müştərək qaydada 4 min manata cərimə olunmuşdu. Sonradan “Azadlıq” qəzeti Anar Məmmədovdan üzür istədi və borc ona bağışlandı. İndi ayı yemədiyini israr edən A.Məmmədov “Ayı işi”ni biu ilin iyulunda qəzetimiz üçün yenidən dirildib. A.Məmmədov vaxtı ilə aralarında məhkəmə çəkişməsi yaranan “Yeni Müsavat”la bağlı yenidən hüquq-mühafizə orqanlarına müraciət edib və iki qəzetə müştərək kəsilən cəriməni yalnız “Yeni Müsavat”a ödətmək üçün qanunsuz təhriklərdə bulunur.
Qəzet apellyasiya şikayəti versə də, proses bitməmiş qəzetin bank hesabına həbs qoyularaq, orada olan 1377 manat icraya yönəldilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024