Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (27-12-2017, 13:00)
Prezident MDB liderlərinin qeyri-rəsmi görüşündə çıxış etdi

Prezident MDB liderlərinin qeyri-rəsmi görüşündə çıxış etdi

 

Rusiya paytaxtında MDB ölkələrinin dövlət başçılarının qeyri-formal görüşü başlayıb.

Mediatv.az  Apa-ya istinadən xəbər verir ki, görüş Rusiya prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilir.

Görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulacaq və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.

Toplantıda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edirlər.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə görüşə qatılmayacaq.

***

MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başa çatıb.

Rusiya prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilən görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulub və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
 
Görüşdə çıxış edən Rusiya prezident Vladimir Putin Birlik ölkələrinin sosial-iqtisadi inkişafı, dövlətlərin sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı qərarlar üzərində bundan sonra da çalışacaqlarını bildirib: "Şadam ki, Yeni il qabağı, razılaşdığımız kimi, qeyri-rəsmi şəraitdə ötən ilə, MDB çərçivəsində birgə görülən işlərə yekun vurmağa, perspektivdəki planlar barədə danışmaq, regional və dünya gündəmini müzakirə etmək üçün toplaşmağa nail olduq".
 
Rusiya prezidenti MDB ölkələrinin terrora, transsərhəd cinayətkarlıq və narkotrafikə qarşı mübarizədə əməkdaşlığı möhkəmləndirdiyini vurğulayıb.
 
Daha sonra digər dövlət başçıları çıxış edib.
 
Görüşdə Azərbaycan prezidenti İlham Əliyev də çıxış edib.
 
Daha sonra MDB liderlərinin görüşü bağlı qapılar arxasında davam edib.

***

“Rusiya dünya miqyasında stabilləşdirici faktordur”.

Bunu MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib.
 
“Rusiya - MDB-ni birləşdirən ölkə, Birliyinin əsas ölkəsidir. Ona görə də, təbii ki, Rusiyada baş verən müsbət proseslər bütün üzv ölkələrə müsbət təsir göstərir. Vladimir Putinin rəhbərliyi altında Rusiya sosial-iqtisadi inkişafda çox böyük uğurlar əldə edib. Rusiya beynəlxalq arenada böyük nüfuza malikdir və bu gün beynəlxalq işlərdə ən aparıcı rollardan birini oynayır. Sizin rəhbərliyiniz altında ictimai siyasi stabillik təmin olunub. Bu ictmani razılığa söykənir”, - deyə İlham Əliyev vurğulayıb.
 
İlham Əliyev Azərbaycanda heç kəsin Rusiyada gələn il keçiriləcək prezident seçkilərində rusiyalıların düzgün qərar verəcəklərinə şübhə etmədiyini söyləyib: “Biz çox yaxşı bilirik ki, ikitərəfli münasibətlərin uğurlu inkişafı sizin adınızla bağlıdır. İctimai-siyasi stabillik olmadan uğur əldə etmək mümkün deyil. Son illərdə olduqca qanlı hadisələrin, qarşıdurmaların, dinlərarası, konfesiyalararası ziddiyyətlərin, etnik münaqişələrin şahidi olduq. Ona görə də, bütün bu mövcud beynəlxalq panorama bir daha sizin kursunuzun düzgün olduğunu deyir. Ona görə ki, Rusiya bu gün dünya miqyasında stabilləşdirici faktordur”.

 

 







 

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024