Mediatv.az-ın məlumatına görə, iclas iştirakçılarını salamlayan Qazaxıstan prezidenti Nursultan Nazarbayev BelaruspPrezidenti Aleksandr Lukaşenkonu yenidən dövlət başçısı seçilməsi, həmçinin Qırğızıstanda parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbriklərini çatdırıb.
Qazaxıstan dövlətinin başçısı bildirib ki, MDB-nin sədri kimi ölkəsi qurum çərçivəsində dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə çalışıb.
Qazaxıstan prezidenti təşkilatın üzv ölkələr arasında çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün yaxşı platforma olduğunu qeyd edib. İclasın gündəliyindəki məsələlərdən danışan Nursultan Nazarbayev burada qəbul ediləcək qərarların, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirib.
* * *10:42
Qazaxıstanda MDB Dövlət Başçıları Şurasının iclası başlayıb.
Virtualaz.org xəbər verir ki, toplantı ölkənin Akmola vilayətinin Burabay qəsəbəsində keçirilir.
İclasada Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycan prezidenti İlham Əliyev, Belarus prezidenti Aleksandr Lukaşenko, Ermənistan prezidenti Serj Sarkisyan, Rusiya prezidenti Vladimir Putin, Qırğızıstan prezidenti Almazbek Atambayev, Tacikistan prezidenti Emomali Rahmon, Özbəkistan prezidenti İslam Kərimov, Moldovanın xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Andrey Qalbur, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Satlık Satlıkov, Ukraynanın Qazaxıstandakı müvəqqəti işlər vəkili Yuri Lazebnik və MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev iştirak edirlər.
* * *10:08
Bu gün Qazaxıstanın Akmola vilayətinin Burabay qəsəbəsində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.
APA-nın məlumatına görə, iclasda BMT-nin 70 illiyi və Çernobl AES-də baş vermiş qəzanın 30 illiyi ilə bağlı sənədlərə baxılacaq. Bundan başqa, prezidentlər miqrasiya, cinayətkarlıqla mübarizə, mədəniyyət, fövqəladə halların aradan qaldırılması və xəbərdarlığın olunması, sərhədlərin qorunması, hərbi sahədə əməkdaşlıq məsələlərini əks etdirən sənədləri qəbul edəcəklər.
Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün Qazaxıstana səfər edib.