Cəmiyyət (4-05-2024, 09:12)
Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..
"Artıq iki ildir ki, təcridxanadayam. Hələdə məhkəmə prosesi davam edir. Bitib tükənmək bilməyən məhkəmə iclaslarının sonu görünmür. 1 ildən çox sürən ibtidai istintaq prosesi ilə birlikdə 3 (üç) ildən çox davam edən istintaqlar səbəbindən nə əmək fəaliyyəti, nədə elmi yaradıcılıqdan söhbət belə gedə bilməz. Hüquqlarım tamamilə məhdudlaşdırıldığından illərdir ailəmə 1 manat qazanıb verə bilmirəm. Burdan media vasitəsilə Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırova müraciət edirəm. Mənim kimi ziyalının, jurnalist,. Fəlsəfə tarixçisi alimin 2 il müddətində təcridxanada saxlanılması vacibdirmi? Nəyin müqabilində?" dia-az.info bildirir ki, bu sözlər hazırda Bakı istintaq təcridxanası saxlanılan jurnalist Rahil Nəcəfin müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: "Mən aliməm, fəlsəfə doktoruyam, Şərq fəlsəfəsi, deviantizm problemi, ingilis dili beynəlxalq elmi platformalarda Xocalı faciəsinin təbliği və s. lərlə bağlı onlarla elmi məqalənin, əsərin müəllifiyəm. Ulu Öndərin siyasi ideyalarına və Möhtərəm Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının siyasi kursuna daim sadiq olmuşam və bu kursun beynəlxalq arenada fəal təbliğatçısı olmuşam. Mən narkotik istifadəçisi deyiləm, radikal deyiləm, kəsici alətlə kiməsə xəsarət yetirməmişəm, milyonlarla dövlət pulunu yeyən korrupsioner deyiləm. Heç cürə başa düşə bilmirəm. 2 ildir ki, 2 nəfərlik kamerada qapalı şəraitdə saxlanılıram, öz xəstəliklərimi müalicə etdirə bilmirəm. Təbii ki, bu həyat tərzi vaxtaşırı insanı “ kimin üçün nə üçün yaşayıram” düşüncəsinə aparıb çıxarır, yaşamaq istəyini əlindən alır. Mən nə dərəcədə ağır, islah-edilməz cinayətkaram ki, ev dustaqlığına çıxa bilmirəm? Ölkənin həbsdən başqa nəzarət mexanizmləri yoxdurmu? Yoxdursa necə olur ki, mənimlə təqsirləndirilən şəxs qismindəki məmur balası daha ağır maddə və epizodlarla çöldə qalır, onu tutmurlar, amma məni 2 il təcridxanada saxlayırlar? Əgər cəza və günahkar məlumdursa kim nəyi gözləyir? Yox əgər məlum deyilsə 3 ildən artıq istintaq müddəti ola bilərmi? Bəs mənim hüquqlarım, əlimdən alınan azadlığım? Axı Cinayət Prosesual Məcəllənin təyinatında deyilmirmi ki “heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qala bilməz.” Belə olan halda mənim cəzam istintaqlarda süründürülməkdirmi? 21 nəfər “zərərçekmiş şəxsin” məndən şikayətçi olmadığı məhkəmədə məlum oldu. Heç bir orqana şikayət ərizələri ilə müraciət etməyən bu şəxslərin məhkəmə dindirilmələri 1 ildən çox sürdü.Məni 14 min manata qədər tərcümə pullarını və dəftərxana pullarını yeməkdə ittiham edirlər. Olduqca gülüncdür. İstintaq adına biabrçılıqdır. Elm və Təhsil Nazirliyi 14 min manata qədər pula görə məni həbs etdirib. İttihama cavab olaraq gördüyüm işləri, həyata keçirdiyim layihələri, onlarla xarici nüfuzlu alimlərin məqalələrini, onların tərcümələri, abstrakları və s. ortaya qoyuram. Görülən işlərin maddi dəyəri ittiham ediləndən qat-qat artıqdır. Müqayisə belə ediləcək səviyyədə deyil. İstintaqda məndən soruşurlar: - Məqsədin nədir ki, dövlətə bu qədər xeyir veribsən? Sözün bitdiyi yerdir. 2 il ərzində elədiklərimi sadalayanda eşidən hamı şoka düşür. Bu iddia etdiklərim həmdə yaxın keçmişə aiddir, dəlil sübutları da ortadadır. Pulu yeyən isə hamıya məlumdur, amma heç kəs ona güldən ağır söz deyə bilmir, çünki məmur balasıdır, pulu var. Məhkəməyə də, hüquqa da, istintaqa da meydan oxuyur,həmdə açıq-aşikar.Öz adına açdırdığı 6 ədəd plastik bank kartları ilə pulu evinə yaxın bankomatlardan nəğdləşdirməsi istintaqa da, prokurorluq orqanlarına da yaxşı məlumdur.Bu adam azadlıqda, mən isə 2 ildir ki, türmədəyəm. Absurddur.Məmur balasına tanınan bu imtiyazın heç bir başa düşülən tərəfi yoxdur.
Əziz oxucu, dəyərli həmkar! Xahiş edirəm çox qısa müddət ərzində mənim gördüyüm işlərə, layihələrə diqqətlə nəzər yetirin.
Gəldiyimdə ( vəzifəyə təyinat alandan sonra) ilk işim azərbaycan, rus, ingilis dillərində bir əsrlik tarixi jurnalın olmayan rəsmi vebsaytını yaratmaq oldu. Mükəmməl bir sayt hazırlatdım. Wikipedia beynəlxalq internet ensiklopediyasında əvvəlcə azərbaycan, sonra isə ingilis dilində jurnalımızın mükəmməl səhifələrini yaratdıq.
Öz şəxsi imkanlarım hesabına digər bir uğurlu layihəmiz 95 illik “Azərbaycan məktəbi” və adda əlavəsinin elektron arxivini – onlayn kitabxanasını yaratmaq oldu. Bu böyük proses üçün Nazirliyin sabiq sektor müdiri Cəsarət Valehov bizə lazımi maddi vəsaitin ayrılacağı vədini versə də nəticəsi sıfır oldu. Halbuki dəvət ediləndə vəd edilmişdi ki jurnalın dirçəldilməsi üçün çəkilən bütün xərclər mütləq surətdə qarşılanacaq. Zamanla verilən vədlərin boş söz yığını olduğunu gördüm. Öz hesabıma jurnalın qədim tarixini əks etdirən filmini çəkdik, “95” illik ölkə miqyaslı Yubileyini təşkil etdik. M.F.Axundov adına kitabxananın köməyilə mükəmməl bir sərgisini təşkil etdik. Elm və Təhsil Nazirliyi “Azərbaycan Məktəbi” jurnalındakı bu inkişaf spektirini görüb Nazirliyin digər iki jurnalını da belimə yüklədi. Jurnalları son elmi standartlara uyğun dizayn elədik, onlara İSSN-EİSSN, beynəlxalq nəşr lisenziyaları aldım. Onları nüfuzlu elmi indekslərdən keçirdim. DOAJ, Erih Plus, Dimension, WorlCat, e-library.ru, ResearcGate, Mendeley kimi dünyanın ən nüfuzlu elmisimetrik qurumlarında bu jurnallar mövcuddur. Dünyanın nüfuzlu alimlərini cəlb etdim. Rusiya, Belarusiya, Türkiyə, Ukrayna, Çin və s. ölkələrdən məqalələr alıb nəşr etdik. Dünyaşöhrətli Nobel laureatı Prof. Aziz Sancarı jurnalların Redaksiya Şurasına gətirdim. Jurnalları məhəllə statusundan çıxarıb beynəlxalq arenaya çıxartdıq, elmilik qazandırdıq. Nazirlik digər iki jurnalı da mənə yüklədikdən sonra yerləşdiyimiz Orta Məktəb bizə yer verməkdən imtina elədi. Nazirlik bizə yer vermədi. 2 il ərzində bu redaksiyaların kirayə pulların yarı maaş – yarı borc, xərclə öz hesabıma verdim. Əziz oxucu, Elm və Təhsil Nazirliyi bizə bir jurnalın nəşr qiyməti üçün 2 (iki) manat 30 qəpik ödəyib, əvəzində isə 5 (beş) min tirajla jurnal tələb edib.Elm və Təhsil Nazirliyi məndən bunu tələb edəndə bir A4 vərəqinin print qiyməti 20 qəpik idi. Belə çıxırdı ki, 15 vərəqin qiymətinə mən 120-130 səhifəlik jurnal təhvil verməli idim. İnanırdım, işçilərimi də inandırırdım ki, Elm və Təhsil Nazirliyi söz veribsə düzələcək, müvəqqətidir, bizim, xüsusilə mənim qoyduğum bütün xərclər Nazirlik tərəfindən ödənəcəkdir. Ödəmiş olduğum komunal və internet xərcləri hesablansa, Nazirliyin hazırda məndən istədiyi puldan qat-qat çox olar. Bu vicdansızlığa, bu haqsızlığabir “dur” deyən olacaqmı? Mənim və ailəmin həyatını qaraltdılar. Heç nəyi gizləmirəm. Dediklərimin hamısını sübut edə bilərəm və edirəmdə. Ağır pandemiya dövründə belə işçilərə xüsusi şəxsi maaş kartlarına əlavə məvaciblər ödətdirmişəm. Topladığım işgüzar və çox istedadlı komanda ilə biz 2 ildə bəlkə 20 ilin işini görmüşük. BMT öz hesabatlarında belə bizim dərc elədiyimiz ingilis dilli məqalələrə istinad edirdi. Mən gördüyüm digər onlarla xərci bura yazıb, gərəksiz yerə uzatmaq istəmirəm. Dəyərli hüquqşunaslar yaxşı bilir: Bir əmələ cinayət əməli demək üçün, onu Maddəyə tövsif etmək üçün həmin əməlin xarakteri, əsası və nəticəsi cinayətin tərkib əlamətləri ilə eynilik təşkil etməlidir. Əgər bu əlamətlərdən ən azı biri eynilik, uyğunluq təşkil etməzsə ona “talançı”, “dövlət pulunu yeyən” “israfçı” kimi necə ittiham etmək olar?Mən özümdən 100 min manatdan artıq jurnallara xərc çekmişəmsə, boğazıma qədər borc bataqlığına düşmüşəmsə məni necə 14 min dəftərxana və tərcümə pulunu “yeməklə”ittiham etmək olar? Məgər özbaşnalıqdırmı? Azərbaycanda heç kəsin iradəsi Möhtərəm cənab Prezidentin iradəsindən üstün ola bilməz. Mənim ailəmin və yeganə xəstə övladımın həyatını qaraldanlar, insan həyatı ilə oynayanlar və bu ölkədəki qanunların aliliyini və gec tez onların elədiklərinə hüquqi qiymətin veriləcəyini bilməlidirlər. Buradan Media vasitəsilə Azərbaycan Respublikasının Vitse-prezidenti Mehriban xanım Əliyevaya səslənirəm: Hörmətli Mehriban xanım, qələmə aldığınız sanballı elmi məqalələr dünyanın ən nüfuzlu elmi jurnallarında çap edilmişdir. Elmi jurnallar bir ölkənin beynəlxalq simasıdır. Mən illərdir Prof. Z. Quluzadənin Baş redaktoru olduğu “Şərq fəlsəfəsi problemləri” beynəlxalq elmi-nəzəri jurnalda məsul katib olmuşam. Və indiki yaşıma qədər heç bir məqaləni hansı jurnala rəhbərlik etməyimdən asılı olmayaraq ciddi təhlil, redaktə etmədən, plagiatını yoxlamadan, geniş ingilis dilində abstrakt əlavə etmədən, dəfələrlə müəllifinə qaytarıb elmi səviyyəsini artırmadan çapa imzalamamışam. Məqsədim “Azərbaycan məktəbi” ni “Azerbaijan Journal of Educational Studies” adı altında dünyanın ən aparıcı, nüfuzlu pedoqoji jurnallarının səviyyəsinə yüksəltmək idi. Elm olaraq, təhsil olaraq, ölkə olaraq buna ehtiyacımız böyük idi. Hörmətli Mehriban xanım, bu haqlı mübarizəmdə öz köməyinizi əsirgəməyəcəyinizdən əminəm".
⦁ Youtube-dakı filmin linki https://www.youtube.com/watch?v=_AOeLhM5wAc
⦁ Jurnalın dirçəldilməsi barədə “Azərbaycan Müəllimi” qəzetinin vebsaytındakı məqalənin linki ⦁ https://www.muallim.edu.az/news.php?id=4560⦁ &⦁ lang=
⦁ “Azərbaycan Məktəbi” nin wikipedia linki https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_m%C9%99kt%C9%99bi_(jurnal)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024