Dünya (5-05-2024, 13:17)
Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək?
"Hazırda Gürcüstanda baş verən proseslər ciddi nəticələrə gətirib çıxarmayacaq".
Bu sözləri politoloq Rəşad Bayramov "Cebhe.info"-ya şərhində Gürcüstanda hazırkı siyasi proseslərin gələcək nəticələri barədə danışarkən bildirib.
O bildirib ki, son hadisələr fonunda Gürcüstanda Qərb-Rusiya geosiyasi savaşı gedir:
"Ermənistan Qərb ilə Rusiya arasında geosiyasi mübarizə poliqonuna çevrildikdən sonra Qərb indi də Gürcüstana fokuslanıb. Düzdür, bir müddət əvvəl Qərb Azərbaycana müəyyən təzyiqlər edirdi, amma heç bir nəticə əldə etmədi.
ABŞ və Avropa İttifaqı Ermənistanda olduğu kimi Gürcüstanda da öz planlarını həyata keçirmək niyyətindədir. Gürcüstanda “Xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyaların keçirilməsi sadəcə bir bəhanədir. Məhz ABŞ-nin özü bu qanunu qəbul edən ölkələrdən biri olub.
İstər Qərb, istər ABŞ, istərsə də Avropa İttifaqı Gürcüstan hakimiyyətinə təzyiqlər edirlər və Gürcüstandakı qeyri-hökumət təşkilatlarının vasitəçiliyi ilə vəziyyətin gərginləşməsinə çalışırlar. Burada əsas məqsəd Rusiya ilə Gürcüstan arasında yenidən gərginlik yaratmaq və Qərbmeyilli qüvvələri hakimiyyətə gətirməkdir.
O ki qaldı ölkədaxili proseslərin Gürcüstanın xarici siyasət vektoruna təsir göstərməsinə, hesab edirəm ki, heç bir ciddi dəyişiklik baş verməyəcək.
Bu gün Gürcüstanda çoxluq hakimiyyətin mövqeyini dəstəkləyir. Aksiyalar isə kənardan böyük görünsə də, ciddi təsir imkanlarına malik deyil.
Bildirim ki, Cənubi Qafqazda ən çox qeyri-hökumət təşkilatı Gürcüstanda fəaliyyət göstərir. Bu ölkədə 1000-dən çox qeyri-hökumət təşkilatı var. Hazırda Tiflisin meydanlarına toplaşan aksiyaçıların yarısı elə qeyri-hökumət təşkilatlarının üzvləridir.
Hesab edirəm ki, hakimiyyətə qarşı keçirilən etiraz aksiyaların o qədər ciddi nəticəsi olmayacaq".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024