Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (4-05-2024, 17:03)
Xankəndiyə əhali niyə köçürülmür? - Mühüm səbəb

Xankəndiyə əhali niyə köçürülmür?
İşğaldan azad edilən ərazilər içərisində xüsusilə Xankəndinin dağıntılar altında olmaması, infrastrukturunun mövcudluğu ora əhalinin daha tez köçürülmə mümkünlüyünü gündəmə gətirir. Sosial şəbəkələrdə də xüsusilə Xankəndidən olan keçmiş köçkünlər bu şəhərə qayıdışın niyə başlamadığının səbəbi haqda tez-tez suallar verir və qayıtmaq arzularını dilə gətirirlər.

Axar.az-ın əldə etdiyi məlumata görə, Xankəndiyə köçün indiyə qədər başlamamasının səbəbi şəhərdə mümkün tələ-bombalar, eyni zamanda silah-sursatlardır.

Qeyd edilib ki, 2023-cü il sentyabr lokal antiterror əməliyyatından sonra Xankəndidə fəaliyyətə başlayan polis qüvvələri az qala hər gün külli miqdarda silah-sursat tapır. 30 ildən çox separatizm yuvası kimi fəaliyyət göstərən şəhər başdan-başa qanunsuz silahlarla doldurulub, hər evdə, həyətdə və yaxud gizli saxlanc yerlərində müxtəlif növ silahlar var. Eyni zamanda, müxtəlif döyüş sursatlarının basdırıldığı və yaxud gizlədildiyi, insanların köçü zamanı bu gizlədilən sursatların zərər verə biləcəyi ehtimalı da yüksəkdir.

DİN yalnız son bir həftə ərzində 33 avtomat, 1 pulemyot, 10 tapança, 14 tüfəng, 1 qumbaraatan, 59 qumbara, 34 alışdırıcı, 397 patron darağı, 7888 ədəd müxtəlif çaplı patron, 1 qutu trotil, 27 ədəd süngü-bıçaq və digər sursatlar aşkar edərək götürüb. Eyni zamanda, Xankəndi polisinin vaxtaşırı əməliyyat keçirdiyi və silah-sursatlar aşkarladığı haqda da məlumatlar bir daha təsdiqləyir ki, Xankəndi separatçılardan təmizlənsə də, separatçıların illərlə yerləşdirdiyi hərbi sursatlar hələ də qalmaqdadır.

Bir müddət öncə Xankəndidə çalışan işçilərdən birinin tapdığı külli miqdarda silah-sursatı hüquq-mühafizə orqanlarına təhvil vermədiyi və buna görə həbs olunduğu haqda məlumat da bu istiqamətdə daha ehtiyatlı olmağı tələb edir.

Hazırda şəhərin müxtəlif ərazilərində ev əşyalarının həyətlərə də toplandığı görünür ki, onların da təmizlənməsinə böyük ehtiyac var. Çünki bu tullantı kimi həyətlərə qalaqlanan ev əşyalarının tələ olmadığı da bəlli deyil.

Şəhərin silah-sursat və tələ-bombalardan təmizləndiyinə tam təminat verildikdən, kommunal xidmət strukturu formalaşandan sonra əhalinin köçürülməsinə başlanacaq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024