Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (28-11-2017, 13:20)
Uzaqgörən siyasət nümunəsi

Mehriban xanım Əliyeva haqqında portret-oçerk

(“Yeni xəbər” qəzeti: 02.02. 2008)

Yenixeber.org: Əslində SİYASƏT incə sənətdir: baxmayaraq ki, bir çoxlarının siyasətə baxışı fərqlidir. Məşhur dövlət adamlarından biri “siyasətdə doğru və dürüst olanlar həmişə qalib gəlir” deyib. Kimlərsə siyasəti “çirkaba bulaşmaq” kimi də başa düşür(?) Bu SİYASƏTin əsl mahiyyətindən bixəbərlərin uydurmasıdır. Dedik axı, SİYASƏT incə sənətdir, həm də dolayısı ilə incəsənətdir-milyonların sevgisini, rəğbətini qazanmaq sənəti!

Azərbaycan reallığında bunun əsl nümunəsini biz ölkənin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında görürük. Mehriban xanım çoxlarının SİYASƏT haqqında fikirlərini dəyişdi. SİYASƏTin yalan vədlər üzərində uzağa getmək istəyənlər üçün yox, uzağı görərək millət və vətən üçün çalışmağın ən yaxşı yolu olduğunu sübut etdi. Bu yazımızda da elə bunlar haqqında, həm də daha ətraflı danışmağa çalışacağıq.

                             Qadın lider-lider qadın

Mehriban Əliyeva Azərbaycanın Birinci Xanımıdır. Bu yalnız onun prezidentin həyat yoldaşı olması ilə əlaqədar deyil. Bu, onun Azərbaycan cəmiyyətinin inkişafında qısa müddət ərzində göstərdiyi xidmətləri ilə bağlıdır.

    Mehriban xanım cəmiyyətə qadın təşəbbüskarlığı gətirdi. Bununla da Azərbaycan qadını ictimai-siyasi həyatda fəallıq imkanı qazandı. Yəni, ölkənin birinci xanımı qadınlara sözün bütün mənalarında NÜMUNƏ oldu. Etiraf edək ki, bizdə qadın indiki kimi söz, mövqe sahibi olmayıb. Bu da məhz Mehriban xanımın aktiv ictimai-siyasi fəaliyyətinin doğurduğu başlıca nəticələrdəndir.

    Mehriban xanım bütün dünyada barmaqla sayılacaq az sayda birinci ledilərdəndir ki, fəaliyyəti xeyirxahlıq, milli dəyərlərə sədaqət, bəşəri dəyərlərə rəğbət üzərində qurulub. Azərbaycan isə azsaylı ölkələrdəndir ki, burada birinci lediyə xalqın inanılmaz məhəbbəti və inamı var.

    Aydın həqiqətdir ki, bu gün insanlarımızın əli hər yerdən üzüləndə Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban Əliyevaya üz tutur. Bu mənada Mehriban xanım Azərbaycan insanına İNAMın əsl ünvanını göstərdi. Bu inam SİASƏTə inamdır, SABAHA inamdır. Xanım Əliyeva SİYASƏTin həm də SABAHA İNAM sənəti olduğunu göstərdi. O, Azərbaycanın yeganə MİLLƏT VƏKİLİdir ki, statusu yalnız bir seçki dairəsi ilə yekunlaşmır. Sanki ona bu mandatı bütün Azərbaycan verib! Bu gün ondan kömək umanların coğrafiyası ölkənin ən ucqar kəndinə qədər genişdir.

 

 

Uzaqgörən siyasət nümunəsi

 

 

 

                Mədəniyyət siyasəti-Siyasət mədəniyyəti

 

Mehriban Əliyevanın fəaliyyətinin başlıca istiqaməti Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşamasına, inkişafına və dünya çapında layiqlə təbliğ edilərək yayılmasına yönəlib. Əslində bu, Brinci Xanımın siyasi uzagörənlik nümunəsidir. Əvvəla, Mehriban xanım bununla öz siyasi fəaliyyətini milli-mənəvi dəyərlər üzərində quracağına, siyasətin ruhuna mədəniyyət qatacağına işarə edir. İkincisi, demək istəyir ki, onun üçün siyasət və mədəniyyətin bir araya gəlməsi öz xalqına xidmət etməyin ən gözəl yoludur!

Bu gün məhz Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycan muğamlarına böyük qayıdış başlayıb. Bir ara muğama göstərilən dırnaqarası, laqeyid münasibətdən əsər-əlamət qalmayıb. İndi nəinki Azərbaycan, bütün dünya miqyasında muğamın yaşaması və yayılması istiqamətində Mehriban xanımın rəhbərliyi altında fövqəladə işlər görülməkdədir.

Ümumiyyətlə, xanım Əliyava Azərbaycanın ən ziyalı və mütərəqqi ailələrindən birində doğulub və böyüyüb. Uşaq yaşlarından onun düşüncəsinə milli-mənəvi dəyərlərə bağlılıq hissi hakim olub ki, bu da təsadüf deyil. Mehriban xanımın babası Azərbaycanın usta qələm adamlarından biri Mir Cəlal Paşayev öz əsərlərində həmişə millətimizin mənəvi təəssübkeşliyini ifadə edib. Onun “Bir gəncin manifesti” romanında Azərbaycanda uşaqdan böyüyə hamımızın əzbər bildiyi bir epizod var. Maddi məhrumiyyət içində qalan ana qədim xalçasını bazara satmağa çıxarır. Amma, onu bir ingilis tacirinə satmaq istəməyərək deyir: “İtə ataram, yada satmaram”.

Bəli, bu cür cəsarətli, milli kökə bağlı bir yazıçının ailəsində böyümüş Mehriban xanım indi bizim minillər boyu yaranan , yaşayan mənəvi dəyərlərimizə ölməzlik qazandırır. Azərbaycanda muğam, xalçaçılıq və digər mədəniyyət sahələri sürətlə inkişaf edir. Onun bu fəaliyyəti hətta dünyanın ən aparıcı beynəlxalq təşkilatları tərəfindən də yüksək dəyərləndirilir. Birinci Xanımın YUNESKO-nun xoşməramlı səfiri təyin olunması da bunun göstəricisidir. Dünyada çox az sayda birinci ledilər bu titula layiq görülür. Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri təyin olunması onun bir çox sahələrdə xeyirxah fəaliyyətinin artıq dünya masştabında da diqqət mərkəzinə düşdüyünün göstəricisidir.

                                  Mehriban Əliyava-təhsil və səhiyyənin hamisi!

Mehriban xanımın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyət istiqamətləri çoxşaxəlidir. O, yalnız mədəniyyətimizin , milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində deyil, həm də Azərbaycanda elmin, təhsilin və səhiyyənin inkişafı üçün də misilsiz işlər görür.

Mehriban xanımın təşəbbüsü ilə bu gün ölkəmizin ən ucqar rayon və kəndlərində yeni, standartlara uyğun orta təhsil müəssisələri tikilir. Bu təhsil müəssisələrində yaxşı təhsil almaq üçün hər cür şərait var. Xüsusən, orta məktəblərin kompüterləşdirilməsi istiqamətində Azərbaycanın Birinci Xanımının gördüyü işlər əvəzsizdir. Məhz bu işlər nəticəsində Azərbaycanda savadlı, elmli, yüksək texniki bacarığa malik nəsil yetişməkdədir. Bu yeni nəsil əldə etdikləri diqqətəlayiq uğurlara görə möhtərəm Mehriban Əliyevanın böyük uzaqgörənliklə həyata keçirdiyi fəaliyyət proqramına minnətdar olmaqdadır.

Son illər Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan səhiyyəsinin inkişafı üçün də mühüm işlər görülür. Ucqar dağ kəndlərində xəstəxana və polikilinikalar tikilir, sağlamlıq müəssisələrinin dünya texnologiyasının son nailiyyətləri olan avadanlıqlarla təchizatı gerçəkləşir. Bütün bunlar da Mehriban Əliyevanın diqqət və yardımının nəticəsidir. Hər il onlarla insan –hansı ki, həmin insanların müalicəsi Azərbaycanda mümkün deyil-Mehriban xanıma etdiyi müraciətin nəticəsində Heydər Əliyev Fondunun xətti ilə dünyanın aparıcı ölkələrinin müalicə mərkəzlərində sağalaraq, yaşamını davam etdirir. İndi Azərbaycanda nə qədər insan yenidən həyata qayıtdığı üçün Heydər Əliyev Fonduna, onun prezidenti möhtərəm Mehriban xanım Əliyevaya borcludur.

Bir sözlə, bu gün Mehriban xanımın siyasi həyata gəlişi daha çox milli-mənəvi dəyərlərin, elmə və səhiyyəyə, təhsilə qayğının içindən keçir. Bir siyasi xadim üçün ən vacib şərt xalqın sevgisini qazanmaqdır, etimadını və etibarını əldə etməkdir. Mehriban xanım Əliyevanın indiyədək gördüyü və yuxarıda sadaladığımız föqəladə işləri ona bu sevgini, etibarı və etimadı qazandırıb.

     

Uzaqgörən siyasət nümunəsi

 

 

        

                                             Böyük dayaq-Mehriban Əliyeva

 

Azərbaycanın siyasi həyatında artıq Mehriban Əliyeva amili həlledici rol oynamağa başlayıb. Birinci Xanım uzaqgörən siyasət nümunəsi nümayiş etdirərək, cəmiyyətdə həlledici söz sahibinə çevrilə bilib. Elə bir müddət əvvəl, daha dəqiq desək, 2007-ci ilin dekabrında dövlət başçısı İlham Əliyevin “Azərbaycan” qəzetində dərc olunan “Mənim universitetlərim” adlı məqaləsində Mehriban xanım haqqında dedikləri də bunu bir daha sübut edir. Gəlin həmən fikirlərlə bir daha tanış olaq: “Mehriban mənim böyük dayağımdır. Mən qəti əminəm ki, ailə hər şeydən əvvəl, həmfikirlər deməkdir. Ailə-kişi və qadın-bənzər həyat prinsipləri və mənəvi dəyərləri olan iki adamdır. Bir çox məsələlərdə Mehribanla baxışlarım ümumidir. Biz təxminən oxşar mühitdə böyümüşük... Mənim üçün çox vacibdir ki, inanılmaz dərəcədə dolğun və gərgin iş günündən sonra evə gələndə hamı məni başa düşür və dəstəkləyir... Mən çox şadam ki, həyat yoldaşım insanlara kömək edir”.

Bəli, bu gün hər bir Azərbaycan insanı sevinir ki, onun çətin anında yardımçısı olacaq insan var-bu, Mehriban Əliyevadır! Hər bir Azərbaycan vətəndaşı sevinir ki, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, təbliği və inkişafı üçün gecə-gündüz çalışan bir insan var-bu, Mehriban Əliyevadır!

Mehriban xanımın BÖYÜK SİYASƏTƏ GEDƏN YOLU gördüyü bu misilsiz işlərdən, başqa sözlə xalqın ürəyindən başlayır. Başlayır və hər bir azərbaycanlı üçün daha da işıqlı günlər vəd edir!!!            

шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024