Siyasət (13-06-2014, 19:19)
İlham Əliyevdən kraliçaya məktub
Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Kraliçası II Elizabetə təbrik məktubu göndərib
Təbrikdə deyilir: “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Mən Azərbaycanla Birləşmiş Krallıq arasında mövcud olan ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirirəm. Ölkələrimizi birləşdirən dövlətlərarası münasibətlərimiz siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımız üçün möhkəm zəmin yaradıb.
İnanıram ki, ölkələrimiz arasında davamlı siyasi təmasların, səmərəli iqtisadi əməkdaşlığın və çoxşaxəli mədəni mübadilələrin möhkəmləndirilməsi, eləcə də bir sıra sahələrdə müvəffəqiyyətlə davam edən qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcək.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.