Siyasət / Karusel (3-06-2014, 11:35)
Obama Azərbaycan neftindən yazdı
“Azərbaycan dünyanın enerji resursları ilə təchizatının təmin edilməsində əsas rol oynayır və yaxın iki ildə ölkə Avropanın iri təchizatçısı olacaq”.
“Mediatv.az” Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Barak Obamanın XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir. Təbrik məktubunu sərginin açılışı mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar oxuyub.
B.Obama qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi Azərbaycan ilə beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb edir.
ABŞ Prezidentinin məktubunda vurğulanır ki, bundan başqa Birləşmiş Ştatlar bu layihənin həyata keçirilməsinə Avropaya qaz ixracının genişləndirilməsi yolunda vacib addım kimi baxır və buna kömək etməyə hazırdır: "Enerji resurslarının təchizatçısı kimi Azərbaycanın rolu iqtisadiyyatın şaxələndirilməsinin inkişafına yardım edəcək, qanunun aliliyini möhkəmləndirməyə icazə verəcək, eləcə də ölkə xalqının həyat səviyyəsinin yüksəlməsinə imkan yaradacaq. ABŞ göstərilən sahələrdə Azərbaycan ilə əməkdaşlığı qiymətləndirir".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024