Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Dünya (27-07-2017, 23:02)
Azərbaycan Pakistandan hərbi təyyarələr aldı – TARİXİ SAZİŞ

Azərbaycan Pakistandan hərbi təyyarələr aldı – TARİXİ SAZİŞ

 

Pakistan aviasiyasının marşalı Ərşad Malik və Azərbaycan Hərbi Hava Qüvvvələrinin komandanı general-leytenantı Ramiz Tahirov 10 ədəd “Super Muşak” təlim-məşq təyyarəsinin Azərbaycan HHQ-yə verilməsi barədə saziş imzalayıblar.

Mediatv.az-ın xəbərinə görə, bu barədə Pakistanın Samaa.TV telekanalı ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Müqavilə ilə həmçinin təyyarələrə gələcəkdə texniki xidmət göstərilməsi və pilotlara praktiki hazırlıqda kömək edilməsi nəzərdə tutulur.

“Bu tarixi razılıq iki qardaş dövlət arasında münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə xidmət edəcək”, - məlumatda deyilir.

“Super Muşak” “Saab şirkətinin MFI-17 təyyarəsinin təkmilləşdirilmiş versiyasıdır. 

Layihə “Pakistan Aeronautical Complex” tərəfindən 1980-ci illərdə alınıb. 260 at gücünə malik mühərriklə təchiz olunan MFI-395 “Super Muşak” ın istehsalına 1995-ci ildə başlanılıb. İlk uçuş 1996-cı ildə həyata keçirilib. Təyyarələr 2001-ci ildə Pakistan ordusunda istifadəyə verilib.

Təyyarənin maksimal sürəti saatda 268 kilometrdir. Uçuş məsafəsi 814 kilometr təşkil edir.

“Super Muşak” Səudiyyə Ərəbistanı, Oman, İran və Cənubi Afrika Respublikasının Silahlı Qüvvələrində var. 2016-cı ilin əvvəlində Nigeriya, iyul ayında isə Qətər bu təyyarələri pilotların sərəncamına verib. Cari ildə Türkiyə 53 Super Muşak təyyarəsini tədarük edib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024