Siyasət / Dünya (26-07-2017, 18:48)
BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır
BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır.
Mediatv.az APA-ya istinadən xəbər verir ki, bunu BMT baş karibinin mətbuat katibi Stefan Dyujarrik keçirdiyi brifinqdə deyib.
O, tərəfləri istənilən hərbi əməliyyatlardan çəkinməyə, gələcəkdə gərginliyin azaldılması və zorakılığın qarşısının alınması istiqamətində addımlar atmağa çağırıb: “Baş katibin iyunun 22-də verdiyi bəyanatda da qeyd edildiyi kimi, biz təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsindən, o cümlədən təmas xəttində və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatıq. Biz, həmsədrlərin Füzuli rayonunun Alxanlı kəndində dinc insanlar daxil olmaqla, itkilərə səbəb olan zorakılıq halı ilə bağlı bəyanatını dəstəkləyirik. Tezliklə danışıqlar masasına qayıtmaq həlli uzadılan və təhlükəli münaqişənin yeganə həll yoludur”.