Siyasət (29-05-2017, 20:43)
Prezident İlham Əliyev Həsən Ruhaniyə zəng edib
Mayın 29 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.
Mediatv.az-ın Prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı Həsən Ruhaninin yenidən prezident seçilməsi və müqəddəs Ramazan ayı ilə əlaqədar İran Prezidentinə və xalqına təbriklərini çatdırmış, Həsən Ruhaniyə Prezidentlik fəaliyyətində uğurlar, İran xalqına firavanlıq və inkişaf arzularını ifadə etmişdir.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani göstərilən diqqətə və təbriklərə görə minnətdarığını bildirmiş, öz növbəsində müqəddəs Ramazan ayı və 28 may Respublika günü münasibəti ilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik etmiş, xalqımıza firavanlıq diklərlərini çatdırmışdır.
Söhbət zamanı ikitrəfəli münasiblətirin bir çox aspektləri, o cümlədən regionda təhülkəszilik msəsələləri, Şimal-Cənub dəmiryolu tikintisi, neft-qaz sahəsində əməkdaşlıq, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələri ətrafında fikir mübadiləsi aparılmışdır,
Qeyd olunmuşdu ki, Azərbaycan-İran əlaəqləri müstəqillik dövründə uğurla inkişaf etmiş və xüsusislə ilə son dörd il ərzində ən yüksək səviyyəyə qalxmışdır. Bildirilmişdir ki, Prezidentlər səviyyəsində bir çox qarşılıqlı səfərlər həyata keçirilmiş və bir sıra çox önəmli müqavilələlər imzalanmışdır. Bütün əldə edimiş razılaşmalar və imzalanmış sənədlər uğurla icra edilir.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşllıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunmuşdur.