Siyasət (17-06-2017, 18:09)
Prezident İlham Əliyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platformaya çevrilib"
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platformaya çevrilib.
Mediatv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində söyləyib.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının sayının ildən-ilə artdığını bildirən Prezident İlham Əliyev Forumun tərəfdaşlarının siyahısının geniş olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti deyib ki, mədəniyyətlərarası dialoq olmasa, bütün dünya təhlükə ilə üzləşər. Azərbaycan tolerantlığı, dini dözümlülüyü ilə fəxr edir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri dinc şəraitdə yaşayırlar. Multikulturalizm Azərbaycanda həyat tərzidir. Azərbaycan xalqı hər zaman multikulturalizmi dəstəkləyib və ölkə hüdudlarından kənara yayıb.
Bu gün dünyada münaqişələrin, vətəndaş müharibələrinin baş verdiyini vurğulayan dövlətimizin başçısı bunun müxtəlif dinlərin, etnik qruplar arasında anlaşmanın çatışmazlığından irəli gəldiyini söyləyib. Prezident 2016-cı ilin Azərbaycanda "Multikulturalizm İli", bu ilin isə "İslam Həmrəyliyi İli" elan edildiyini xatırladıb, bunun həm də regionda anlaşmaya xidmət etdiyini vurğulayıb.