Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (7-04-2017, 14:36)
“Gəlin çıxışlarımızı elə edək ki, polisə dəstək olaq” – Ziyafət Əsgərov

14120816111491558244

Deputat Zahid Oruc parlamentin iclasındakı çıxışında Miqrasiya Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini təklif edib.

Mediatv.az xəbər verir ki, Z. Oruc vurğulayıb ki, Türkiyədə Azərbaycan qadınları ailə qurduqdan sonra Azərbaycan vətəndaşlığından məhrum edilirlər.

“Çünki qanunvericilyimiz ikili vətəndaşlığı qadağan edir. Həmin şəxslər də sonradan müəyyən problemlərlə üzləşəndə Azərbaycanın vətəndaşlıq hüququndan istifadə edə bilmirlər. Biz 2014- cü ildə miqrasiya qanunvericiliyini sərtləşdirdik, ona qədər isə qanun daha liberal idi. Nəzərinizə çatdırım ki, həmin azərbaycanlı qadınlar problemlə üzləşəndə insan alveri cinayətkarlarının daha asan qurbanına çevrilirlər. Ona görə də hesab edirəm ki, Miqrasiya Məcəlləsinə yenidən baxmağı təklif edirəm”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deputatın fikirləri ilə razılaşmayıb:“Zahid müəllim, siz tez-tez çıxışlarınızda “məhrumetmə” sözlərini işlədirisiniz. Ona görə də məcburam ki, sizə cavab verim. Çünki Konstitusiyaya görə, heç kim vətəndaşlıqdan məhrum edilə bilməz. Sadəcə “Vətəndaşlıq haqqında” qanuna görə kimsə başqası ilə evlənirsə, onun vətəndaşlığı itirilir. Belə ki, Azərbaycandan gedirsə, avtomatik olaraq onların vətəndaşlığı aradan qaldırılır, ancaq məhrum edilmir. Gəlin çıxışlarımızı elə edək ki, polisə dəstək olaq.

Çünki polisin işi çoxdur və o bir çox sahələr qarşı mübarizə aparır. Hər şeyi onların üzərinə atmaq olmaz. Ona görə çıxışlarımızda yenilik olsa yaxşı olardı”.

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024