Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-03-2017, 13:28)
Vitse-spiker: "Ombudsman Aparatının müstəqil olmaması barədə deyilən fikirlər qərəzlidir"

"Ombudsman Aparatının müstəqil olmaması barədə deyilən fikirlər qərəzlidir və bu, mənfi qüvvələrin Azərbaycana uzadılmış əllərinin nəticəsidir".

Mediatv.az:  Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova komitənin bu gün keçirilən iclasında Ombudsman Aparatının ötən ilki hesabatının müzakirəsi zamanı deyib.

O qeyd edib: “Biz həmişə düşünürük ki, bizdən kənarda olan təcrübələr daha yaxşı və daha müsbətdir. Amma bizim təcrübə praktikada daha yaxşıdırsa, qoy bizim təcrübədən yararlansınlar. Bəzi hallarda ünvanınıza müstəqil olmamağınız barədə gələn iradları da haqsız yanaşma kimi qəbul edin”.

B.Muradova Ombudsman Aparatına edilən müraciətlərin sayının artmasına da münasibət bildirərək qeyd edib ki, müraciətlərin sayının artması həmin sahələr üzrə problemlərin artması demək deyil:

“Biz düşünürük ki, cəmiyyət getdikcə inkişaf edir və insanların hüquqi təfəkkürü formalaşır. Maarifləndirmə işləri genişləndikcə hər bir insan xırda pozuntunu öz hüququnun pozuntusu kimi qəbul edir və bu halda da ya Milli Məclisə, ya da Ombudsman Aparatına müraciət edir. Müraciətlərin sayının da çox olması buradan qaynaqlanır. Əlbəttə ki, Ombudsman Aparatı da öz səlahiyyətləri çərçivəsində bu işləri görməli və həyata keçirməlidirdir”.

Vitse-spiker hesab edir ki, Ombudsman Aparatının fəaliyyəti Konstitusiyaya uyğun, yüksək səviyyədə qurulub.

O, Ombudsman Aparatının 2016-cı il üçün məruzəsinin Milli Məclis tərəfindən qəbul olunacağına ümid etdiyini də söyləyib.

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024