Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-02-2017, 15:17)
“RUSİYA VƏ İRAN AZƏRBAYCANI İKİ YERƏ BÖLÜB” – Komitə sədri

d74d6ba5544b1d8df6b29e6ef6d3aaf6 (1)

“Azərbaycan dedikdə təkcə şimalı yox, bütün Azərbaycanı nəzərdə tuturuq”

“Portuqaliyadan Vyetnama qədər 16 ölkədən olan gənclər Multikulturalizm Qış Məktəbinin müdavimidir. Bu, Multikulturalizm Qış Məktəbinin əhəmiyyətinin göstəricisidr”.

Mediatv.az-ın məlumatına görə, bunu bu gün Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. M. Qurbanlı deyib ki, hər hansı ölkəyə getməzdən öncə internetdə öllkə haqqında məlumatlar axtarılır: “Ölkələr haqqında internet resurslarında yanlış məlumatlar da olur Siz Azərbaycanın bölgələrində, Bakıda olmusunuz. Artıq internetdə hansı yanlış məlumatların olduğunu görürsünüz. Bizim ölkəmiz haqqında yanlış məlumatların yayılmasında maraqlı olan qüvvələr var”.

Komitə sədri qeyd edib ki, torpaqlarımızın 20 faizini Ermənistan işğal edib: “Erməni lobbisi internetdə yanlış məlumatlar yaymaqla təcavüzü ört-basdır etmək istəyir. Ona görə də xarici ölkələrdən sizin kimi gənclər qruplarının ölkəmizə gəlməsi çox əhəmiyyətlidir. İnsan bir ölkə barədə məlumatı internetdən, mətbuatdan alırsa, bu, tam məlumat sayıla bilməz. Əsas informasiya mənbəyi insanın öz gözü ilə gördükləridir”.

M. Qurbanlı nəzərə çatdırıb ki, dünyada azərbaycanlıların sayı 50 milyondan çoxdur: “Azərbaycanlıların 10 milyon nəfəri şimalda yaşayır. Azərbaycan xalqı bölünmüş xalqdır. 19-cu əsrdə çar Rusiyası və İran arasında imzalanmış müqavilə ilə Azərbaycan iki yerə bölünüb. İran əhalisinin yarısı azərbaycanlıdır. İranın dövlət orqanlarında, parlamentdə azərbaycanlılar təmsil olunur. Bu ölkənin ali dini lideri də milliyətcə azərbaycanlıdır. Azərbaycan dedikdə təkcə şimalı yox, bütün Azərbaycanı nəzərdə tuturuq. Azərbaycan dili türkdilli xalqlar qrupuna aiddir, biz Türkiyədə, İranda, İraqda türkdilli xalqlarla rahat ünsiyyət qura bilirik”.

Onin sözlərinə görə, Azərbaycan əhalisinin 96 faizi islam dininə sitayiş edir: “Konstitusiyaya görə Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda islam dini ilə bərabər xristian, yəhudi və digər dinlərin konfessiyaları fəaliyyət göstərir. Ən qədim dinlərdən olan zərdüştlüyün məbədlərindən biri Azərbaycan ərazisindədir. SSRİ ateist dövlət olduğu üçün Azərbaycanda din təzyiq altında olub, çoxlu sayda məscid, kilsə, sinaqoq dağıdılıb. Yalnız müstəqillikdən sonra dini azadlıq təmin edilib. Bu gün ölkədə 2000 mindən çox məscid var, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Məscidlər Qafqaz Müsəlmanları İdarəsi tərəfindən idarə olunur, Dövlət Komitəsi ilə dövlət-din münasibətlərini tənzimləyir”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024