Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (Bu gün, 14:00)
Fazil Mustafanın fəlsəfi metamorfizmi !!!

 

Bəzən bir kitab zamanın özünü, xalqın şüur qatlarını və insanın tarix qarşısındakı metafizik məsuliyyətini dindirir.
Fazil Mustafanın “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” adlı əsəri məhz belə bir çağırışdır lakonik deyil, sarsıdıcıdır, təqdim deyil məhz mühakimədir, təqdimat deyil dərin dialektik qarşılaşmadır. Bu kitab Azərbaycanın keçmişinə baxmır onun ruhunu sorğulayır. Burada tarixi hadisələr yox tarixi şüur ciddi analiz olunur. Burada simvollar deyil simvolların semantikası təhlil olunur. Azərbaycan xalqının epistemoloji əsarətindən mif, xurafat, tarixi idealizasiya və etno-siyasi uyuşqanlıqdan çıxış yollarını təqdim edən fəlsəfi manifestdir. Zamanın dərinliklərindən gələcəyə bir düşüncə körpüsüdür. Bir düşüncə körpüsü qaranlıqdan aydınlığa milli şüurun metafizik çağırışıdır.
 

Yazar Fəlsəfəyə çevrilmiş insan obrazin  yaratmağa cəhd edib. Fazil bəyin bu kitabla məhz şəxsiyyəti artıq siyasi yox epistemoloji varlıq səviyyəsinə keçid etməyini seyr etmək olar. Dövlətlə cəmiyyət arasında vasitəçi olan siyasətçi rolunu davam etməklə, cəmiyyətin öz daxilindəki “özünü tanımayan ruhuna” müraciət edən introspektiv düşüncə adamına çevrilir. Bu kitabda sadəcə müəllif deyil kollektiv düşüncənin içindən doğan şüurun əsil yeni metaforudur. Burada oxucuya hökmlər vermir “bilmək və inam”, “tarix və yaddaş”, “xalq və elit”, “din və əxlaq”, “aydın və kollektiv düşüncə” münasibətlərini ontoloji böhranlar kimi dəqiq təhlil edir. Onun sualları cavab üçün yox düşüncə üçün verilir. Bu isə artıq siyasi deyil eksistensial fəlsəfənin predmetidir.Tarixi deyil zamanın ruhunu oxumaq sistemin yaradir .Bu əsərdə Azərbaycan tarixi sadəcə keçmiş hadisələr silsiləsi kimi yox, psixokollektiv enerji daşıyıcısı kimi qiymətləndirir. Tarix burada nə xronologiyadır, nə də coşqu xalqın yaddaşla zaman arasındakı mənəvi dialoqudur. Yazar bu dialoqu unudulmuşla xatırlanan, müqəddəsləşdirilənlə gerçək arasında gedən daxili çarpışmanı tam açır.
İslamın təsirinə, Səfəvilərə, sovet travmasına və postkolonial düşüncəyə yönələn baxış tənqid deyil semiotik de-konstruksiyadır. Tarixə tətbiq olunan bu de-konstruktiv yanaşma, Azərbaycan xalqının uzun illər boyunca qorxduğu sualları nəhayət ortaya çıxarır. Biz Kimik? Tarix bizə yoxsa biz tarixə malikik? Milli yaddaş inancdırmı, yoxsa bilik? Bu suallar Azərbaycan fəlsəfi fikrinin ən ağrılı yerini epistemoloji tabu mərkəzini sarsıdır. Dinə yanaşma teoloji yox, hermenevtik.Fazil Mustafa İslamı tənqid etmir, dini anlamın siyasi və mədəni sahədəki semiotik mutasiyasını təhlil edir. Dinin kollektiv əxlaqdan itaət maşınına çevrilməsini tənqid etməsi onun dini yox, teoloji avtoritarizmi rədd etdiyini göstərir.
Mötəzili irsinə qayıdaraq ağlın və imanın harmoniyasını təklif edir, bu isə nə müasir sekulyarizm, nə də ortodoksal dindarlıqdır. Bu islamın intellektual-bəşəri modelə çevrilməsi üçün bir alternativdir. Bu formada yanaşma gələcəkdə din fəlsəfəsi sahəsində Azərbaycanda yeni “Mütəfəkkir İslam” dalğası yarada bilər.
Azərbaycan aydını kimdir? Metafizik məsuliyyətin daşıyıcısı kim ola bilər.
Bu kitabda Fazil Mustafa Azərbaycan aydınının arxetipini yaradır. Onun aydını sadəcə məlumat yayan yox, kollektiv şüurun dərin qatlarına enən bir simvolik şüur cərrahıdır. Bu aydın modelləşdirmir oyanış yaradır. Bu aydın xalqdan uzaqlaşıb onu izləmək istəmir xalqın içində ona “görməyi” öyrədir.Bu isə Hegelin dediyi “zamanın ruhunu anlamış insan” tipinə daha yaxındır. Bu kitab Azərbaycan aydınının gələcək modeli üçün metafizik etalon yaradır. Bu kitab fəlsəfi institutlara və akademik sistemə təsir edə biləcək düşüncə ilə qələmə alınmışdır. Əsər təkcə oxucunu deyil akademik düşüncəni də sarsıtır. Onun ritorikası klassik akademik dil deyil bu interdisiplinar fəlsəfi üslubdur. Tarix fəlsəfəsi, din fəlsəfəsi, siyasi nəzəriyyə, postkolonializm və epistemologiya bu kitabda qarşılaşır. Bu kitabı ali məktəblərdə, ictimai sektorda, milli ideologiya və tarix fəlsəfəsi, postkolonial Azərbaycan düşüncəsi, dini və ideoloji Hermenevtika kimi dərslərdə, elmi mühazirələrdə, konflanslarda tədbiq və tədris etmək mümkündür. Kitab yalnız bir mütaliə yox, fikir infrastrukturunun yeni dünyəvi transformasiyasıdır. Gələcək üçün yeni ideoloji bünövrə yaradır. Fazil Mustafanın təqdim etdiyi model gələcəkdə dövlətçilik ideologiyasının fəlsəfi əsaslarının qurulması, tarixi simvolların yenidən kodlanması, dini-mədəni harmoniyanın intellektual şəkildə formalaşdırılması, aydın institutlarının yenidən təşkili kimi fundamental işlər üçün konseptual platforma ola bilər, işlək model kimi real görsənir. Bu model özündə milli sekulyarizmi xalqın tarixi və mədəni köklərinə sadiq qalaraq, düşüncə azadlığına əsaslanan bir mədəni modeli ehtiva edir.
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” sadəcə bir kitab deyil bir mənəvi-ideoloji transformasiyanın metnoloji qavranışıdır. Fazil Mustafa bu əsərlə zamanın içində donmuş milli şüuru oyatmağa cəhd edir.
Onun verdiyi suallar oxucunu qorxudur çünki onlar bizi özümüzlə qarşılaşdırır. Amma elə bu qorxu, məhz elə bu silkələnmə, həqiqi milli təfəkkürün akademik başlanğıcı demək olar. Sözün klassik mənasında Azərbaycanın yeni fəlsəfi tarixinin ilk cümləsidir. Davamlı olsun Fazil Mustafa !!!
P.S: Bu yazı yalnız bir kitabı dəyərləndirmək niyyətindən doğmadı. Bir ruh halının oxuduqca silkələnən, düşündükcə yenidən doğulan mənəvi təlatümün nəticəsidir. Kitabı müəllifi şəxsən siyasi partiyaların Ağdama birgə səfəri zamanı mənə təqdim etdi səssiz, sadə amma dərin bir etimadla. Bu kitabı mən yaxın günlərdə Avropada rəsmi səfərdə olarkən özümlə götürmüşdüm təyyarədə, oteldə, sessiz gecələrdə sanki ruhuma yoldaşlıq edirdi. Onu üç gün ərzində ardıcıl və nəfəs kəsən bir şəkildə oxudum çünki bu artıq sadəcə kitab deyildi mənim öz daxilimlə, tariximlə, kimliyimlə danışan bir düşüncə idi. Üç gündən sonra bu yazını yazmaq bir qərar yox bir zərurət kimi doğuldu, sanki bu sözlər qəlbimdə çoxdan vardı, sadəcə bu kitab onları oyatdı.
ADƏM İSMAYIL BAKUVİ
VƏHDƏT PARTİYASININ SƏDRİшаблоны для dle 11.2

Xəbər lenti
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025