Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-01-2017, 10:40)
Azərbaycan ATƏT-ə etirazını bildirdi

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi qanuni əsaslı narahatlıqlardan çıxış edərək, qurumun İrəvandakı ofisinin son illər ərzində həyata keçirdiyi minalardan təmizləmə ilə bağlı fəaliyyətinə öz etirazını bildirib.

 

Mediatv.az-a  Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-dəki tərəf müqabillərinin əksəriyyəti məsləhətləşmələr zamanı ATƏT-in İrəvandakı ofisinin minalardan təmizləmə ilə bağlı fəaliyyətini mandatın açıq-aşkar pozulması kimi qiymətləndiriblər.

“İrəvan ofisi Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişə ilə bağlı münaqişənin nizamlanması prosesi də daxil olmaqla, hər hansı bir fəaliyyətə cəlb oluna bilməz, bu ATƏT-in Minsk qrupunun səlahiyyətlərinə müdaxilə deməkdir. Buna görə, Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT-in İrəvan ofisini öz mandatı çərçivəsində fəaliyyət göstərməyə məcbur etmək üçün müvafiq tədbirlər görülməsini xahiş edib”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Azərbaycan tərəfinin məsələ ilə bağlı haqlı narahatlığına cavab olaraq, Ermənistan özünün həmişəki girov götürmə ənənəsinə sadiq qalaraq, 31 dekabr 2016-cı il tarixində heç bir dəlil göstərmədən ATƏT-in Özbəkistan və Bişkekdəki Mərkəzlərinin Layihə Əlaqələndiriciləri, Rusiya-Ukrayna sərhədində yerləşən iki Rusiya sərhəd yoxlama məntəqəsindəki ATƏT müşahidəçilərinin müvafiq mandatlarının uzadılmasını, həmçinin ATƏT-in 2016-cı il üçün Vahid Büdcəsinə düzəlişlərə dair qərarını blok edib. Ermənistan tərəfinin bu kimi şantaj hərəkətləri ATƏT-in bu mühüm missiyalarının funksiyalarını qeyri-işlək və öz nazından asılı vəziyyətə salıb, onların demək olar ki bağlanmasına səbəb olub. Yalnız bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT rəhbərliyi və baş katib ilə təcili məsləhətləşmələr üçün Vyanaya çağırıldıqdan sonra, Ermənistan tərəfi müvafiq qərarlar üzrə öz əsassız qadağasını geri götürməyə məcbur edilib.

“Ermənistan ATƏT-in İrəvan ofisinin ev sahibi statusundan sui-istifadə etmək üçün özünün şantaj siyasətini ATƏT-ə tətbiq etməkdə davam edir. Nəticədə, ATƏT-in İrəvan ofisi tərəfindən mandatın pozulması cavabsız qalır və onun əməliyyat fəaliyyəti dayandırılmış vəziyyətdədir.

Məsələ ilə bağlı Azərbaycanın mövqeyi konstruktiv və prinsipial olaraq qalır. ATƏT-in İrəvan ofisinin fəaliyyətinin şəffaf olması, ATƏT qarşısında məsuliyyət daşıması və mandat çərçivəsində həyata keçirilməsi təmin olunmalıdır. Daimi nümayəndəlik ümid edir ki, ATƏT öz prinsipləri, ortaq dəyərləri və öhdəliklərini güdaza verməyərək həmrəylik və birlik formasında Ermənistan tərəfindən yaradılan bu növbəti problemin də öhdəsindən gələcək”, - deyə məlumatda vurğulanır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024