Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (13-01-2017, 15:29)
“Azərbaycan sabitliyin möhkəm qalasına çevrilib” – Türkiyə səfiri

ozoral

“Soyuq müharibə dövründə Türk xalqı həsrətini Azərbaycan mahnılarını dinləyərək yox etməyə çalışıb”

Mediatv.az:   Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 25-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib. “Report”un məlumatına görə, bəyanatda qeyd olunub ki, Türkiyənin və Azərbaycanın 71 illik həsrəti 25 il əvvəl rəsmi olaraq sona çatıb. “Mərhum şair Bəxtiyar Vahabzadənin vurğuladığı kimi, “bir ananın iki oğlu, bir ağacın iki qolu” olan Türkiyə və Azərbaycan arasında “Diplomatik əlaqələrin yenidən qurulmasına dair Protokol” 14 yanvar 1992-ci il tarixdə imzalanıb və eyni gündə Türkiyənin Bakıdakı baş konsulluğu səfirliyə çevrilərək, Azərbaycanda açılan ilk səfirlik olub” – səfir deyib.
E.Özoral bildirib ki, Türkiyədəki qardaşları üçün Azərbaycan hər zaman xüsusi mövqedə olub, arada hörülən divarlar bu həqiqəti heç vaxt dəyişdirə bilməyib: “Soyuq müharibə dövründə Türk xalqı həsrətini Azərbaycan mahnılarını dinləyərək yox etməyə çalışıb. 1990-ci ildə Bakıda baş verən “20 Yanvar Qırğını”, daha sonra Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğal edildiyi zaman azərbaycanlı qardaşlarımızın məruz qaldığı qırğınlar, Türkiyədə hər bir vətəndaşımızın hiddətinə səbəb olub”.
Diplomat qeyd edib ki, Azərbaycan bu gün gəldiyi nöqtədə, dövlət həyatında qısa müddətdə özünü yenidən bərpa etdiyi kimi, hərtərəfli inkişaf həmləsi və artan rifah səviyyəsi ilə qibtə edilən bir ölkəyə çevrilib, 71 illik məşəqqətli dövrdən sonra beynəlxalq səviyyədə haqqı olduğu mövqeyə çatıb: “Azərbaycan aradan keçən 25 il müddətində umummilli lider Heydər Əliyevin uzaqgörənliyi və Azərbaycan Prezidenti İlham Əliyevin mətanətli liderliyi və iradəsi, regionumuzda sabitliyin və əməkdaşlığın möhkəm qalasına çevrilib. Azərbaycan beynəlxalq siyasi, iqtisadi və humanitar sınaqlar qarşısında eyni dəyərlər əsasında həmrəylik şəraitində hərəkət etdiyimiz, əvəzsiz müttəfiqimiz və ən yaxın strateji ortağımızdır. 2011-ci ildən bu günə qədər dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının” iclasları əlaqələrin hər sahədə daha da dərinləşməsinə öz töhfəsini verib”.
Səfir bildirib ki, Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyədə həyata keçirilən səfərlər və bütün sahələrdəki texniki əlaqələr intensivliyini qorumaqdadır: “İki qardaş ölkə iqtisadi və digər bütün imkanlarını bəşəri dərinliyi ilə birləşdirib, regional və qlobal rifah və əmin amanlığa xidmət etməkdədir. Bunun ən gözəl nümunəsi, birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və tamamlanmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmiryolu və Avropanın enerji təhlükəsizliyinə də töhfəsini verəcək TANAP kimi ortaq layihələrdir. Eyni zamanda Azərbaycanla birlikdə reallaşdırdığımız Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli dialoqlar bölgəmizin firavanlığı və dincliyinə öz töhfəsini verməkdədir”.
E.Özoral deyib ki, ötən 25 il ərzində Azərbaycanla Türkiyənin birlikdə nail olduqları gələcəyə ümidlə nəzər salmağı təmin etməkdə, birlikdə çalışaraq millətimiz üçün firavan gələcək qurmaq əzmimizi gücləndirməkdədir: “Tarixdən bizə miras qalan Türkiyə və Azərbaycan arasındakı müstəsna əhəmiyyətli əlaqələri daha da inkişaf etdirmək və eyni taleyibölüşərək ələ-ələ verib gələcəyə doğru irəliləmək bizlərin ecdadımız qarşısındakı borcumuz, uşaqlarımızqarşısında isə vəzifəmizdir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024