Bu gün Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında çıxış edən prezident Vladimir Putin bildirib ki, hazırda Rusiya istənilən potensial işğalçıdan daha güclüdür.
Mediatv.az “RİA Novosti” agentliyinə istinadən bildirir ki, bununla birlikdə Rusiya dövlət başçısı rahatlaşmamağın lazım olduğunu deyib, çünki vəziyyət dəyişə bilər.
“Bu gün biz istənilən potensial işğalçıdan güclüyük, hər birindən. Eyni zamanda, biz ordunun və donanmanın modernləşdirilməsində zəiflik nümayiş etdirə bilmərik. Dünyada baş verən hadisələri nəzərə alsaq, vəziyyət çox tez dəyişə bilər”, - Putin deyib