Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (12-11-2016, 19:14)
Novruz Məmmədov Dağlıq Qarabağ münaqişəsinin həllinin ləngiməsi səbəblərini açıqlayıb

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ləngimənin birinci səbəbi odur ki, dünyanın başı qarışıqdır”.

Mediatv.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, hazırda həmsədr ölkələr olan Rusiya, Fransa və ABŞ-ın başı özünə qarışıb: “ABŞ-da dörd ildən bir gedən seçki prosesi ən mühüm hadisədir. Bu cür seçki prosesi isə daha çətindir və ermənilərin əlinə fürsət verir. Bu il prezidentlərin iki görüşü oldu. Vyanada Azərbaycan üzərinə heç bir öhdəlik götürməmişdi. Sankt-Peterburqda prezidentlər bəyanat verdi. O görüşdə mən də iştirak etmişdim. Rusiya prezidenti Vladimir Putinin münaqişənin həllinə ciddi maraq və səy göstərdiyini gördüm. Bu, bizi bir az ruhlandırdı. Putin sözünü deyəndə üstündə durandır. Biz gözləyirdik ki, bu, bir nəticə verəcək. Amma o tərəfdə də müəyyən işlər var və öz işləri də çoxdur. Proseslər davam edir. Con Kerrinin bəyanatı başqa yerlərdə də bənzər bəyanatların verilməsinə gətirib çıxardı. Bu, yaxşı hal deyil. Böyük dövlətlər ümumiyyətlə, dünyada nüfuz qazanmaq istəyirlərsə, kiçik ölkələrdəki münaqişələri ədalətli həll etməlidirlər. Bu, onlara güclü etimad yaradar. Böyük dövlətlər bu məsələdə uğur qazana bilmir, hansısa maraqlar razılaşma əldə etmələrinə mane olur. Biz mövqeyimizdə qalırıq. Nazirlərin dekabr görüşündə geniş fikir mübadiləsi aparılacaq”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024