Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-10-2016, 17:27)
"Bu ayın sonu regiona səfər edəcəyik" - Ceyms Uorlik

"Bu ayın sonu regiona səfər edəcəyik"
ATƏT-in Minsk qrupu həmsədrləri bu ayın sonu regiona səfər edəcəklər.

 

Mediatv.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O səfərin dəqiq tarixinin hələlik məlum olmadığını deyib. Amerikalı həmsədr səfər zamanı ölkə prezidentləri ilə görüşəcəklərinə ümid etdiklərini bildirib.

C.Uorlik həmçinin Fransanın növbəti sammiti keçirməklə bağlı təklifini alqışladığını bildirib: “Fransa, Rusiya və ABŞ ATƏT-in Minsk qrupu həmsədr ölkələri olaraq davamlı sülhə gətirib çıxara biləcək vasitəçilik səylərini davam etdirmək üçün birlikdə sıx işləyirlər”.

Diplomat Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri öncəsi danışıqlarda fasilə yarana biləcəyi ehtimalına da cavab verib: “Mənim Ermənistandakı seçkilər barədə şərh vermək səlahiyyətim yoxdur. Lakin tərəflər sülh yolu ilə həllə sadiqdirlər və biz bunun dəyişəcəyini gözləmirik”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024