Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (30-09-2016, 11:45)
"Qarabağda narkotik məhsullar əkilir" - Baş nazirin müavini

“25 il keçməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi həll olunmur”.

 

Mediatv.az-ın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov V Bakı Humanitar Forumu çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda keçirilən dəyirmi masada deyib.


Onun sözlərinə görə, nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələri icrasız qalır, Minsk qrupunun fəaliyyəti nəticə vermir: “Mütəmadi olaraq mülki əhaliyə atəş açılır. Suriyadan ermənilər gətirilərək Dağlıq Qarabağa yerləşdirilir. Azərbaycanın işğal olunmuş ərazilərində narkotik məhsullar əkilir. Silah qaçaqmalçılığı baş verir, terrorçular hazırlanaraq münaqişə zonalarına göndərilir. Bu, tək Azərbaycan və regionun deyil, dünyanın problemidir”.

Ə. Həsənov əlavə edib ki, İşğal altında olan Dağlıq Qarabağda bütün yaşayış infrastrukturları, abidələr dağıdılıb: “Ölkəyə ümumilikdə 500 milyard dollar ziyan vurulub”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024