Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (5-04-2016, 12:38)
“Ordumuz ermənilərə öz yerini göstərdi” - Spiker

 

 

“Azərbaycanın hər dəfə yüksək nəailiyyəti olanda Ermənistan tərəfdən təxribatlarla qarşılaşırıq. Hər dəfə atəşkəs Ermənistan ordusu tərəfindən pozulurdu və bizim ordu cavab atəşi ilə onları susdururdu. Son vaxtlar ermənilər mərmilərdən atəş açmağa başladılar. Azərbaycanın buna artıq səbri çatmadı. Bildiyiniz kimi aprelin 1-dən ikisinə keçən gecə ermənilərin təxribatına cavab verərək güclü əməliyyat apardıq. Erməni qoşunlarına bir daha öz yerini göstərdik. Azərbaycan ordusu bir daha öz gücünü göstərdi”. 
Mediatv.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib. Onun sözlərinə görə, gərginlik bu gün də davam edir:

“Erməni ordusu hansı yüksəkliklərdənki bizim ordunu izləyirdi, həmin yüksəkliyi ələ keçirdik. Azərbaycan yüksəklikləri aldıqdan sonra müvəqqəti olaraq atəşkəs rejimi elan edərək məsələnin öz həllini tapmasını istəsə də Ermənistan tərəfi buna razı olmadı. Yenə də öz hücumlarını davam etdirirdi. Ona görə də Azərbaycan XİN bəyənat yaydı ki, erməni qoşunları Dağlıq Qarabağdan çıxarılandan sonra biz hansısa danışıqlara gedə bilərik.

Azərbaycan öz torpağında, Dağlıq Qarabağda isə Ermənistan ordusu vuruşur. Biz status-kvonun qalmasına razı deyilik. Azərbaycan əlindən gələni edəcək ki, Dağlıq Qarabağın azad olunması istiqamətində nəhayət ki, bir hərəkət başlansın. Beynəlxalq təşkilatlara artıq bir inam yoxdur. Yəqinki Azərbaycanın qoyduğu şərtlər yerinə yetiriləcək, əks halda məsələnin sonrakı aqibətini gələcək göstərəcək. İstəyirəm ki, Azərbaycan ordusunun dəqiq əməliyyatına görə təbrik edək. Əsgərlərimiz böyük igidlik göstəriblər. Təbii ki, gərgin döyüş anında şəhidlərimiz də olub”.

“Artıq ATƏT Minsk Qrupuna heç bir ümidimiz qalmayıb, onların bugünkü toplanmasından da heç nə gözləmirik” - deyən Oqtay Əsədov qeyd edib ki, cəbhədə baş verənlərin səbəblərindən biri də onların indiyə qədər konkret iş görə bilməməsidir: “Biz onlardan konkret həll variantını ortaya qoymalarını istəyirdik”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024