Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (31-08-2015, 20:49)
Əli Kərimliyə “yox” deyənlərin sayı artır: AXCP-nin rayon şöbələri buraxılır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha iki üzvü partiya sədri Əli Kərimlinin siyasətinə etiraz olaraq istefa veriblər.



Publika.az xəbər verir ki, AXCP Nərimanov şöbəsinin üzvləri Mikayıl Quliyev və Maarif Mehdiyev Razi Nurullayevin sədrlik etdiyi AXCP Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinə qoşulduqlarını bəyan ediblər.



“Bundan sonra fəaliyyətimizi Razi Nurullayevin rəhbərlik etdiyi əsl AXCP-də həqiqi cəbhəçilərlə çiyin-çiyinə davam etdirəcəyik. Gənc dostlarımıza səslənirik, ayrılın, əsl cəbhəçilərin yanına gəlin”, - deyə bəyanatda bildirilir.



Bu arada Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi AXCP-nin rayon şöbələrinə alternativ şöbələr yaradılır.



Sumqayıt cəbhəçiləri yeni şəhər şöbəsi təsis edərək, Əli Kərimliyə qarşı birləşiblər. Bununla bağlı Sumqayıtda konfrans keçirilib. Konfransda AXCP rəhbərliyindən Səbuhi Əliyev və Ehtiram Mehdiyev də iştirak edib.
Sumqayıt şəhər AXCP üzvlərinin iştirakı ilə bir neçə saat davam edən konfransda partiyada yaranan qruplaşmalar, dözümsüzlük və Əli Kərimlinin öz şəxsiyyəti ətrafında yaratdığı bütləşmə tənqid edilib.
Konfrans sonda Şakir Məmmədovun Sumqayıt şəhər təşkilatına sədr seçib. Daha sonra Ali Məclis üzvü, nəzarət təftiş komissiyasının üzvləri və qurultaya dörd nümayəndə seçilibdir.


 

Yeni şöbənin sədri Şakir Məmmədov bildirib ki, bütün cəbhəçilər Əli Kərimlidən azad olunan AXCP ətrafında birləşməlidir.



Sumqayıtla yanaşı, AXCP-nin Beyləqan şöbəsi də yenidən qurulub. AXCP EQHTK-nin üzvü Eltural Mürsəlzadənin Publika.az-a verdiyi məlumata görə, Beyləqanda 65 nəfərin iştirakı ilə AXCP-nin bərpa konfransı keçirilib.


Konfransda Əli Zöhraboğlu Ali Məclisin üzvü, Eltural Mürsəlzadə AXCP Beyləqan şöbəsinin sədri, Valeh Rüstəmov Beyləqan şöbəsinin Məclis sədri, İlkin Mürsəlzadə Beyləqan şöbəsinin NTK sədri və 25 nəfərlik Məclis üzvləri seçilib. Bununla yanaşı, qurultay nümayəndələri də seçilib.



Asif Nərimanlı   

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024