Siyasət (18-02-2016, 15:16)
Rusiya rəsmisi Azərbaycanı ittiham etdi
Rusiya Veterinar və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxodnadzor”) Azərbaycanı Türkiyə mallarını Rusiyaya buraxmaqda ittiham edib.
Mediatv.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xidmətin rəhbəri Sergey Dankvert Azərbaycanın qısa müddətdə Rusiyaya tomat ixracını kəskin artırması faktının şübhəli olduğunu bildirib.
“Azərbaycan və İranın Türkiyənin bitkiçilik məhsullarının öz ərazisi ilə Rusiyaya buraxılmaması barədə öhdəliklərini yoxlayan zaman müəyyən edilib ki, təkcə yanvar ayında Azərbaycandan Rusiyaya tomat ixracı 5 dəfə artıb”.
Sergey Dankvertin bildirib ki, fitosanitar sertifikatlarda Azərbaycan tərəfi məhsulun yerli mənşəyə malik olduğunu təsdiqləyib. Qurum artıq faktla bağlı Azərbaycan rəsmilərinə məktubla müraciət edib.
Federal xidmət, həmçinin Azərbaycandakı tomat istehsalı müəssisələrini təftiş etmək planlarını açıqlayıb.