Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-01-2016, 18:11)
Dünyanın gözü Davosda: Davos İqtisadi Forumunun iqtisadi əhəmiyyəti nədir?

Dünyanın gözü Davosda: Davos İqtisadi Forumunun iqtisadi əhəmiyyəti nədir? - FOTOLAR

 

 

20-23 yanvar tarixlərində İsveçrənin Davos şəhərində 46-cı Dünya İqtisadi Forumu öz işinə başlayacaq.
Mediatv.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev də forumda iştirak üçün gələn həftənin əvvəlində İsveçrənin Davos şəhərinə yol düşəcək.
 
Davos Forumu bu dəfə “Dördüncü sənaye inqilabı” devizi altında keçiriləcək. Forumda dünyanın 100-dən artıq ölkəsindən 2500-ə yaxın qonaq, o cümlədən, prezidentlər, baş nazirlər, iri korporasiyaların rəhbərləri iştirak edəcəklər.
Forumda Azərbaycan prezidenti ilə yanaşı, ABŞ vitse-prezidenti Cozef Baydenin, dövlət katibi Con Kerrinin, Böyük Britaniyanın baş naziri Devid Kemeronun, Kanadanın baş naziri Jastin Trudeaunun, İranın xarici işlər naziri Cavad Zərifin, Yunanıstanın baş naziri Aleksis Tsiprasın, Türkiyənin baş naziri Əhməd Davudoğlunun və digər dövlət rəsmilərinin də iştirakı təsdiqlənib.
 
Bəs, görəsən, ümumiyyətlə mediada Davos Forumu adı ilə tanınan Dünya İqtisadi Forumunun keçirilməsində məqsəd nədir? Forum ilk dəfə nə zaman işə başlayıb və burada qəbul olunan qərarlar dünya iqtisadiyyatına necə təsir edir?  Davos Forumunda iştirak üçün hansı prosedurlardan keçmək lazımdır?
 
Məlumat üçün qeyd edək ki, Davos İqtisadi Forumu (DİF) isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvebs 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı. Forum 1987-ci ildən etibarən Dünya İqtisadi Forumu (DİF) adlandırıldı.
Davos Forumu ənənəvi olaraq, hər ilin yanvar ayının sonunda keçirilir. DİF-in hər il keçirilməsində əsas məqsəd ‎dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, ‎iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "dövlətlərin qlobal rəqabətə davamlılığı" adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında - potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.
Davos Forumunda iştirak etmiş iqtisadçı ekspert Vüqar Bayramov isə qeyd edir ki, Davos İqtisadi Forumu daha çox bir tribuna rolunu oynayır: “Dünyanın aparıcı insanları, müxtəlif ölkələrin prezidentləri, baş nazirləri və iş adamları burada biraraya gəlir. Davos yeganə forumdur ki, həm rəsmiləri, dünya liderlərini, həm iş adamlarını, vətəndaş cəmiyyəti nümayəndələrini biraraya toplamaq imkanına malikdir. Bu baxımdan Davos müzakirələr, müxtəlif ölkələrdən investisiyaların cəlb edilməsi üçün və ölkənin özünün potensialının təqdim edilməsi baxımından olduqca vacib bir tribunadır. Hər bir ölkə çalışır ki, həmin tribunadan istifadə etsin. Azərbaycan da birmənalı şəkildə Davosda iştirak etməkdə maraqlıdır. Azərbaycan Davos İqtisadi Forumunda ölkə rəhbəri səviyyəsində iştirak edir. Bu da ölkəmizin DİF-ə verdiyi önəmlə bağlıdır”. 
Ekspertin sözlərinə görə, Davos İqtisadi Forumunda qəbul edilən qərarlar tövsiyyə xarakterlidir və hər hansı hüquqi qüvvəsi yoxdur: “Yəni, bu forum iqtisadiyyatda tövsiyyə xarakterli qərarları və meylləri müəyyənləşdirir. Davosun qəbul etdyi qərar, forumda əldə edilən razılaşmalar heç də dünya iqtisadiyyatında tətbiq edilən qərarlar deyil. DİF-in özünün bəyannaməsi, deklorasiyası olur, lakin o konkret qərarlar qəbul etmir. Müəyyən məsələlər Davosda razılaşdırıla, tövsiyyə xarakterli qərarlar qəbul edilə bilər. Amma DİF-in nəticələri tövsiyyə xarakterli deklorasiya formasında olur. Ona görə də, Davos İqtisadi Forumunun keçirilməsi dünya iqtiadiyyatında yeni bir mərhələnin başlanması kimi qeyd olunmamalıdır. Bu forumda mövcud iqtisadi vəziyyət qiymətləndirilir və bundan çıxış edərək, dünya iqtisadiyyatında dəyişən meyllərlə bağlı həm biznes adamlarına, həm dünya liderlərinə tövsiyyələr verilir”.
 
Vüqar Bayramovun fikrincə, hazırki iqtisadi şəraitdə Azərbaycan və digər iştirakçı ölkələr investisiyaların cəlb edilməsi və iqtisadi tərəfdaşlığın qurulması üçün Davosa bir imkan kimi baxırlar: “Burada dünya liderlərinin görüşmək, müzakirə etmək, istər siyasi, istərsə də iqtisadi məsələlərdə diskussiya aparmaq imkanları var. İş adamları ilə aparılan müzakirələr də xarici investisiyaların cəlb edilməsi baxımından vacibdir. O səbəbdən də, əvvəlki illərdən fərqli olaraq, bu dəfə baş tutacaq DİF Azərbaycan üçün daha əhəmiyyətlidir. Çünki, ölkəmizin xarici inbvestisiyaya daha çox ehtiyacı var. Azərbaycan indiki məqamda Davosdan bir tribuna kimi istifadə edərək, iş adamlarını investisiya qoymağa inandırmağa çalışmalıdır. Bu gün Azərbaycan iqtisadiyyatının inkişafı eyni zamanda investisiya qoyuluşlarının həcmindən də asılıdır. Əgər ölkəyə xarici investorları cəlb etmək mümkün olsa, o zaman hazırki problemləri də daha sürətlə aradan qaldırmaq mümkün olar”.
 
Davosda iştirak prosedurlarına gəlincə, ekspert bildirdi ki, iştirakçılar əsasən dəvət əsasında müəyyənləşdirilir: “Lakin mətbuat və müəyyən qurumlar üçün qeydiyyat tələb olunur. Bəzi koteqoriyalar, əsasən də biznes və iş adamları üçün ödənişlər də tələb olunur. Lakin bu vətəndaş cəmiyyətinə və mətbuata tətbiq edilmir. Yəni, DİF bir platformadır və onu yaradanların məqsədi həm də bu fəaliyyətdən gəlir əldə etməkdir. Çünki, bu müstəqil forumdur və bu forumun təşkilatçıları insanları biraraya yığmaqla, həm də gəlir əldə etməyi planlaşdırırlar. Burada gəlirlərin qazanılmasında əsas məqsəd xərclərin və işçilərin əmək haqlarının ödənilməsidir. Forum özü gəlir əldə etmir, mənfəət məqsədi ilə təşkil olunmur. Ödənişlər ona görə tətbiq olunur ki, forum öz xərclərini qarşılaya bilsin”. 
İnternet üzərindən həyata keçirdiyimiz axtarışlardan da belə məlum oldu ki, ödənişlər əsasən dünyanın iri korporasiyaları, müəssisələri, iri biznes qurumları üçün nəzərdə tutulur. Səbəb isə odur ki, onlar Davosa qatılmaqla, həm də yeni tərəfdaşlar tapmaq, yeni investisiya yatırımları üçün danışıqlar apararaq imkanı qazanırlar. Bu il Davosa qatılmaq üçün təxminən 31 min dollar ödəmək tələb olunur. Bunun üçün öncə WEF-ə (World Economic Forum - Dünya İqtisadi Forumu) üzv olmaq lazımdır. Qeydiyyat forumun  http://www.weforum.org/ veb saytı vasitəsilə həyata keçirilir. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024