Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (13-01-2016, 22:23)
Uorlik: “Genişmiqyaslı müharibə regionu məhv edə bilər”

Uorlik: “Genişmiqyaslı müharibə regionu məhv edə bilər”

 

 

 
“Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı əllərində olan iki insandır”.
 
Mediatv.az xəbər verir ki,  bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın “tert.am” agentliyinə müsahibəsində deyib. O bildirib ki, prezidentlər sülh prosesində irəliləyişə nail olmaq üçün tez-tez görüşməlidirlər: “Biz hərtərəfli sülh sazişinin çoxsaylı elementlərini müzakirə etmək üçün prezidentlərdən aşağı səviyyədə də danışıqlar aparırıq. Bu kimi səylər etimad atmosferinin yaranmasına, gərginliyin azalmasına və münaqişənin tənzimlənməsi ilə bağlı dialoq mühitinin yaxşılaşmasına xidmət edəcək”.
 
Həmsədr qeyd edib ki, hər iki prezident açıq şəkildə münaqişənin sülh yolu ilə həllinə sadiqliklərini bəyan ediblər:  “Bu, onların dediyi sözlərdən də aydın olur. Genişmiqyaslı müharibə regionu məhv edə bilər və biz əminik ki, prezidentlər də bunu anlayır. Ümid edirik ki, 2016-cı ildə tərəflər həll prosesi ətrafında irəliləyişə nail olmaq üçün danışıqlar masası arxasında əyləşəcəklər, güc tətbiqindən çəkinəcəklər və prezidentlərin ümumi sülh məqsədini sarsıdacaq təhrikçi ritorikalardan əl çəkəcəklər”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024