Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (29-10-2015, 16:49)
Uorlik: "Prezidentlər münaqişə deyil, sülh istəkləri haqda qərar qəbul etməlidirlər"

Uorlik:

 

 

Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yerli KİV-lərə müsahibəsində deyib: “Həmsədrlər öz təkliflərini hər iki ölkənin prezidentləri ilə müzakirə edirlər. Şübhəsiz ki, artıq prezidentlər iradələrini göstərərək münaqişə deyil, sülh istəkləri haqda qərar qəbul etməlidirlər. Tərəflərin hər ikisi 20 ildən artıq davam edən qarşıdurmadan yorulub. Qarabağda münaqişənin Azərbaycan və Ermənistan xalqlarının təhlükəsizliyi naminə hərtərəfli tənzimlənməsi zəruridir”.
Mediatv.az xəbər verir ki, Amerikalı diplomat ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri, hazırda isə Ermənistan XİN-in və Ermənistan prezident aparatının təbliğat-təşviqat ştampları ilə təchiz edilməsi məsələləri üzrə ştatdankənar müşaviri, Vladimir Kazimirovun bu münaqişənin guya “üçtərəfli” formatı haqqında hoqqabazlığını növbəti dəfə ifşa edib. 
Xatırladaq ki, Vladimir Kazimirov ATƏT-in 1996-cı il Budapeşt Sammitinin Bəyannaməsinə (həmin sənəddə 1994-cü ilin may ayında barışıq haqqında saziş imzalamış tərəflərdən söhbət gedirdi) istinad edərək, uzun müddət bu münaqişədə Azərbaycan və Ermənistan kimi, “Dağlıq Qarabağ”ın da “bərabər” tərəf olması haqqında mifi əsaslandırmağa çalışırdı. Halbuki həmin Bəyannamədə yalnız tərəflər haqqında söhbət gedirdi, amma onların arasında bərabərlik işarəsi qoyulmamışdı.
Təbii ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni icması bu regionun azərbaycanlılar icması ilə yanaşı münaqişənin tərəfidir, lakin əsas tərəf deyil, marağı olan tərəfdir. Minsk qrupu məhz “Beyker qaydaları” kimi daha çox tanınan “2+2” (münaqişənin iki əsas və iki maraqlı tərəfi) formatı əsasında yaradılıb və əgər Vladimir Kazimirovun bundan xəbəri yoxdursa, bu, biabırçılıqdır.
 
Beləliklə, Ceyms Uorlik münaqişənin HƏR İKİ tərəfindən danışaraq Kazimirovu növbəti dəfə mat qoyub.
Yeri gəlmişkən, həmsədrlərin Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlılar icmasının nümayəndələri ilə növbəti görüşü faktınin özü iki icma arasında bərabərlik işarəsinin təsdiqidir. Həmin görüşdən sonra rusiyalı həmsədr İqor Popov bildirib ki, qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdır və müzakirə mövzularından biri azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsi məsələsi olmalıdır./Azərtac/
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024