Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (4-01-2016, 20:15)
Səfirliklərin bağlanması xəbərinə nazirlikdən reaksiya

1 (2)

 

Mətbuatda Xarici İşlər Nazirliyinin xərclərə qənaət edilməsi üçün Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik nümayəndəliklərini və ticarət ofislərini bağlayacağı haqda xəbərlər yayılıb.

Mediatv.az xəbər verir ki, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Oxu.Az-ın sorğusunu cavablandırarkən bildirib ki, bu kimi xəbərlər yersiz və əsassızdır:
“Bəzi internet mediada və bloqlarda guya bağlanacaq diplomatik nümayəndəliklərin təqdim olunan siyahısı obyektivlikdən kənardır və qeyri – ciddidir. Bu kimi yoxlanılmamış xəbərlərin yayılması Azərbaycanın uzun müddət ərzində digər dövlətlərlə qurduğu diplomatik əlaqələrinə xələl gətirə bilər.
İlk növbədə onu qeyd etmək istərdim ki, bu məsələdə yekun qərar qəbul edilməyib. Bu barədə qərarların qəbul edilməsi diplomatik münasibətlərdə qarşılıqlılıq və siyasi yanaşmalar da daxil olmaqla, ciddi və dəqiq şəkildə nəzərdən keçirmə tələb edir. Hal- hazırda bu məsələ hökumət tərəfindən ciddi şəkildə baxılır.
İkincisi, burada bilavasitə səfirliklərin bağlanması müzakirə mövzusu deyil. Xərclərə qənaət və işin rasionallaşdırılması məqsədilə diplomatik nümayəndəliklərin fəaliyyətinin mövcud reallığa uyğunlaşdırılması və ya ştat vahidlərinin azaldılması kimi məsələlər nəzərdən keçirilir. O ki qaldı fəxri konsulluqlara, bu gülüncdür. Xarici siyasət və diplomatiyadan xəbəri olan hər kəs bilir ki, fəxri konsullar özləri öz xərclərini ödəyir və dövlət büdcəsindən onların saxlanması üçün heç bir vəsait ayrılmır”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024