Siyasət (4-01-2016, 16:14)
Azərbaycanın bəzi diplomatik nümayəndəlikləri bağlanır: məmur ordusunda ixtisarlar
Bu günlərdə Xarici İşlər Nazirliyi xərclərə qənaət edilməsi üçün Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və ticarət ofislərinin bağlanacağını elan etmişdi.
Mediatv.az xəbər verir ki, Virtualaz.org saytı hansı ölkələrdə diplomatik nümayəndəliklərin bağlanacağını dəqiqləşdirib. Məlum olub ki, XİN artıq müvafiq siyahı hazırlayıb və tezliklə bir neçə ölkədə konsulluqlar, ticarət nümayəndəlikləri bağlanacaq.
Bunların arasında Azərbaycanın Uruqvay, Kolumbiya və Kubadakı səfirlikləri, ticarət nümayəndəlikləri, Genuya, Livan, Bratislava, Xarkovdakı fəxri konsulluqlar, habelə Amerikanın Santa-Fe şəhərindəki fəxri konsulluq yer alacaq. Azərbaycan hökuməti hər il bu nümayəndəliklərin saxlanılmasına milyonlarla dollar xərcləyirdi.
Bundan əlavə məlum olub ki, Azərbaycanın Tailand, Oman, İraq və Əfqanıstandakı səfirliklərinin açılması “daha yaxşı zamanlara” təxirə salınıb. Azərbaycanın bu ölkələrə təyin olunmuş səfirləri var, ancaq onlar qonşu ölkələrdə mənzilləniblər.
O da məlum olub ki, neftin Azərbaycanın 2016-cı il üçün büdcəsində nəzərdə tutulmuş 50 dollarlıq həddən xeyli ucuzlaşması büdcəyə yenidən baxılması zərurətini yaradıb. Prezident İlham Əliyevin tapşırığı əsasında hazırda hökumət bu məsələyə baxır və bəzi sahələrdə xərclərin ixtisarını nəzərdə tutur.
Xərclərin ixtisarı dövlət aparatının saxlanılması üçün büdcədə nəzərdə tutulan xərclərin azaldılmasını da əhatə edəcək. Bu çərçivədə hökumət artıq bir çox nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən digər təsisatlara xərclərin azaldılması üçün ştat vahidlərinin ixtisarını nəzərdən keçirmək barədə təlimat göndərib. Habelə büdcədən maliyyələşən təşkilatlara xidməti avtomobillərin sayının azaldılması, ezamiyyət xərclərinin məhdudlaşdırılması istiqamətində də işlər başlayır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024